Hindistanda torpaq sürüşməsi 15 nəfərin ölümünə səbəb olub
Bakı, 9 iyul, AZƏRTAC
Hindistanın şimal bölgələrində leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələrində ən azı 15 nəfər həyatını itirib.
AZƏRTAC “India Today”a istinadla xəbər verir ki, güclü yağış nəticəsində parkları, yeraltı keçidləri, bazarları və xəstəxana binalarını su basıb, nəqliyyatın hərəkətində problemlər yaranıb.
Ölkənin Meteorologiya Xidmətindən verilən açıqlamaya görə, Yeni Dehlidə 24 saat ərzində hər kvadratmetrə düşən yağıntı 1982-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir. Bu səbəbdən də, Yeni Dehli sakinləri üçün "sarı xəbərdarlıq" elan edilib.
Hindistan Mərkəzi Su Komissiyasından (CWC) verilən açıqlamada, Dehlidəki Yamuna çayının suyunun yüksəldiyi və iyulun 11-də təhlükə həddini 205,33 metr keçəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]