HONDURAS DA QOŞUNLARINI İRAQDAN ÇIXARIR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, Honduras öz hərbi kontingentini İraqdan çıxarmağı qərara almışdır. Bunu ölkənin prezidenti Rikardo Maduro bazar ertəsi milli radio və televiziya ilə çıxışında açıqlamışdır. O bildirmişdir ki, bu əməliyyat çox qısa müddətdə aparılacaqdır.
Xatırladaq ki, Honduras ötən ilin yayında İraqa 370 nəfərdən ibarət hərbi kontingent göndərmişdir. Honduras hərbçiləri İspaniyanın komandanlığında olan “Plyus ultra” briqadasının tərkibinə daxil edilmişlər. Nikaraqua, Salvador və Dominikan Respublikasından olan hərbi qulluqçular da bu briqadanın tərkibindədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]