Azərbaycan Dövlət İnformasiya Agentliyi

Horadiz şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib

Bakı, 1 fevral, AZƏRTAC

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Horadiz şəhərində “Heydər Əliyev ideyalarına sadiqik!” devizi altında Azərbaycan Ordusu gənclərinin forumu keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forumda Müdafiə Nazirliyinin rəsmiləri, Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, digər hərbi strukturlardan seçilən ordu gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunaraq önünə güllər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Rəsmi qonaqlar Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlayıblar.

Heydər Əliyev Mərkəzində keçirilən Ordu gəncləri forumu başlamazdan əvvəl ölkəmizdə gənclər siyasətinin banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan gənclərinə müraciəti səsləndirilib.

Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun iştirakçısı Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani 27 il öncə dahi liderimizin iştirakı ilə keçirilən və iki gün davam edən həmin forumda unudulmaz Heydər Əliyevin gənclərin fəaliyyət proqramına çevrilən tarixi nitqi barədə danışıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb və foruma moderatorluq edəcək ordu gənclərinin nümayəndəsi, Hərbi Dəniz Qüvvələrinin zabiti ədliyyə baş leytenantı Rüstəm Əliyevi tribunaya dəvət edərək estafeti gəncliyin nümayəndəsinə verib.

Yaşlı nəsildən estafeti qəbul edən gənc zabit Ordu gənclərinin göstərilən etimadı doğruldacaqlarına və bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərinə söz verərək deyib: “Bu gün hər bir Azərbaycan gənci, eləcə də ordu gəncləri üçün əlamətdardır. Biz Ulu Öndərimizin təsis etdiyi 2 fevral - Azərbaycan Gəncləri Gününü üçüncü ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin yaratdığı böyük Qələbə əhval-ruhiyyəsi, döyüş və mənəvi-psixoloji hazırlıqda, təhsildə və təlimlərdə əldə etdiyimiz uğur və nailiyyətlərlə qarşılayırıq. Ölkə rəhbərliyi və xalqımız əmin ola bilərlər ki, qalibiyyət bayrağımız etibarlı əllərdədir. Azərbaycan gəncliyi, o cümlədən böyük qüvvə olan Ordu gəncləri Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün keşiyində məğrur dayanıb və Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır”.

Forumun proqramı və reqlament elan edildikdən sonra fəxri qarovul hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında Şuşaya sancılan Zəfər bayrağını salona gətirib.

Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni ifa olunub.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev forum iştirakçılarını rayon sakinləri adından salamlayaraq deyib: “Azərbaycan Ordusu gənclərinin forumu üçün məkan olaraq Horadiz şəhərinin seçilməsi heç də təsadüfi deyil. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, Ulu Öndər Heydər Əliyevin siyasətini görürük”. Çox da uzaq olmayan tariximizə nəzər salsaq, görəcəyik ki, 1993-cü ilin oktyabrında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi, o cümlədən, Horadiz qəsəbəsi Ulu Öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdə məharəti, döyüş bölgəsinə gələrək burada güclü ruh yüksəkliyi yaratması nəticəsində erməni işğalından azad edilib”.

İcra başçısı qeyd edib ki, hər bir Füzuli rayon sakini, eləcə də, hər bir horadizli Ümummilli Lider Heydər Əliyevi, xalqımızın xilaskar oğlunu böyük ehtiramla yada salır və onu minnətdarlıqla xatırlayır.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin Ali Baş Komandanlığı, xeyir-duası ilə başlanan Horadiz əməliyyatı hərb tariximizə şanlı səhifə kimi yazılıb. Bu əməliyyatda Azərbaycan Ordusu əsl qəhrəmanlıq nümunələri göstərib. Üzərində “Heydər Əliyev uğrunda!” sözləri yazılmış tank və digər zirehli texnikalar, artilleriya vasitələri ilə döyüş meydanına atılan igidlərdən neçəsi şəhid olsa da, əsgərlərimiz ruhdan düşməyib, döyüşçü yoldaşlarının intiqamını alaraq düşmənə tutarlı zərbələr vurublar.

1994-cü il yanvarın əvvəllərində artıq Horadiz də daxil olmaqla 22 yaşayış məntəqəsi azad edilib və yüz hektarlarla ərazi tam nəzarətə götürülüb.

İşğaldan azad edilən kəndlər yenidən qurulub, çadır şəhərciklərində, yataqxanalarda, vaqonlarda məskunlaşmış məcburi köçkünlər öz yurdlarına qayıdıblar. Ulu Öndərin diqqət və qayğısı ilə Horadiz qəsəbəsində quruculuq işlərinə start verilib.

Diqqətə çatdırılıb ki, dünyaşöhrətli dahi lider Heydər Əliyev əbədiyyətə qovuşduqdan sonra onun axıra çatdıra bilmədiyi arzuları, planları Ulu Öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev həyata keçirib. Qısa zaman ərzində Horadiz günü-gündən çiçəklənən bir qəsəbəyə çevrilib. Füzuli Rayon İcra Hakimiyyəti daxil olmaqla, rayonun əsas infrastrukturu Horadiz qəsəbəsinə köçürülüb, yenidən qurulan qəsəbə rayonun mərkəzi kimi şöhrətlənib.

Prezident İlham Əliyevin 2007-ci il 23 oktyabr tarixli Sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusu verilib.

Horadiz bu gün dünyanın ən təmiz, ən gözəl, cazibədar və inkişaf etmiş şəhərləri ilə müqayisə edilə biləcək müasir şəhərə çevrilib.

Horadiz Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətin şəhəridir. Horadiz Aprel döyüşləri zamanı Ordumuza dayaq olan, Azərbaycan əsgərlərini Lələtəpə uğrunda döyüşlərə yola salan və xalqımıza ilk qələbə sevincini yaşadan Aprel Zəfərinin qəhrəmanlarına, şəhidlərinə ilk qucaq açan şəhərdir. Vətən müharibəsində möhtəşəm Zəfərə gedən yollar da Horadizdən başlanıb.

Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov forum iştirakçılarını Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayıb və müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini oxuyub.

Müdafiə nazirinin təbrikində deyilir:

“Hörmətli Forum iştirakçıları!

2 fevral - Azərbaycanda Gənclər Günüdür. Bu gün, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə təsis edilib. Bu, Ulu Öndərin gənclərə və gəncliyə göstərdiyi diqqət və qayğının daha bir parlaq nümunəsidir.

Bütün Azərbaycan gəncləri kimi Azərbaycan Ordusunda xidmət edən gənclər də respublikamızda dövlət gənclər siyasətinin əsasını qoymuş, özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi ilə adını tariximizə əbədi həkk etdirmiş Ümummilli Lider Heydər Əliyevə minnətdardır.

Müasir Azərbaycan Ordusunun baş memarı Ulu Öndər Heydər Əliyevdirsə, bu Ordunun qalib, qüdrətli bir Orduya çevrilməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır.

Təbrikdə qeyd olunur ki, Ordumuzda döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasını təmin edən vəzifələrdə xidmət edənlərin 70 faizindən çoxu gənclərdir. Böyük qüvvə olan ordu gəncləri peşəkardırlar, döyüş və mənəvi-psixoloji hazırlıqları, vətənpərvərlik hissləri çox yüksəkdir. Onlar Zəfər tariximiz olan İkinci Qarabağ müharibəsində əsl qəhrəmanlıq, şücaət nümunələri göstəriblər. Respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, tarixi torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş əməliyyatlarında düşmənin canlı qüvvəsi və döyüş texnikalarının məhv edilməsində fədakarlıq, rəşadət nümayiş etdirərək vəzifə borclarını ləyaqətlə və vicdanla yerinə yetiriblər.

Forum iştirakçılarını 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bir daha təbrik edən müdafiə naziri əmin olduğunu bildirib ki, Ordu gəncləri Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq bundan sonra da Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hazır olacaq və qarşıya qoyulan bütün əmr, göstəriş və tapşırıqların uğurla yerinə yetirəcəklər.

Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Bayram Xəlilzadə, Raket və Artilleriya Qoşunlarının zabiti kapitan Əlibəy Novruzbəyov, Hərbi Hava Qüvvələrinin zabiti baş leytenant Rizvan Məmmədov, Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Qafqaz Hüseynzadə, Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantı Rəvan Lalayev və başqaları xidmət etdikləri hərbi hissələrin uğurlarından, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, düşmən təxribatlarının qarşısını vaxtında və qətiyyətlə aldıqlarından, hərbi təhsil sahəsində aparılan islahatlardan böyük həvəslə söhbət açıb, bundan sonra da Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Oğlu Cahidlə birlikdə tribunaya qalxan şəhid Cavid Manafovun anası Natəvan xanım forum iştirakçılarını şəhid anaları adından salamlayıb. Hər bir Vətən əsgərinin simasında ciyərparəsi igid Cavidin surətini gördüyünü deyib. Ananın “Oğul düşmən çəpəridir, Vətən uğrunda şəhid olanlar cismən bizi tərk edirlər, onlar ruhən yaşayırlar. Siz gənclər şəhid oğulların qisasını, intiqamını döyüş meydanlarında vuruşaraq aldınız. İnanıram ki, müharibə yollarında ömrü yarıyolda qırılan şəhid övladlarımızın yarımçıq ömürlərini də öz ömrünüzə qataraq yeni-yeni zəfərlər qazanacaq, biz anaları yenə də sevindirəcəksiniz” fikirləri Ordu gənclərinə duyğulu anlar yaşadıb. Salonda “Şəhidlər ölməz, Vətən bölünməz!” nidaları yüksəlib.

Ordu gənclərinin yaxın dostu, “Əsgərə xatirə kitabı” layihəsinin müəllifi Nuranə Şıxəliyeva forum iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək ordu ilə xalqın birliyindən, həmrəyliyindən danışıb. Ulu Öndər Heydər Əliyevə istinadən qeyd edib ki, Ordu ilə xalqın birliyi həm Ordunu, həm də xalqı güclü, qüdrətli edir. Qarşımızda duran əsas vəzifələrdən biri də Ordu ilə xalqın sağlam mənəvi birliyini yaratmaqdır. Bu birlik isə bu gün daha yüksək səviyyədədir, daha möhkəmdir. 44 gün davam edən Vətən müharibəsində qazandığımız Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, dəmir yumruğunun, Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətinin, cəsarətinin, eləcə də xalq-ordu birliyinin, həmrəyliyinin qələbəsidir.

Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Azərbaycan Ordusu gənclərinin forumu iştirakçıları adından müraciəti nəzərə çatdırıb. Həmin müraciətdə deyilir:

“Möhtərəm Prezident, Ali Baş Komandan!

Biz Azərbaycan Ordusu gənclərinin forum iştirakçıları Sizi salamlayır, Azərbaycan xalqı və dövləti naminə yorulmaz fəaliyyətinizdə daha böyük müvəffəqiyyətlər arzulayırıq. Müstəqil Azərbaycan Respublikasının iqtisadi, siyasi, mədəni və ordu quruculuğu sahəsində son 20 ildə qazandığı uğur və nailiyyətlərdə, ölkəmizin nüfuzunun dünyada daha da artmasında Sizin gərgin əməyiniz durur. Biz ordu gəncləri də bunu görür və yüksək dəyərləndiririk. Siz hər bir azərbaycanlının Prezidenti olmaqla, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirirsiniz. Sizin rəhbərliyinizlə qəbul edilmiş dövlət proqramlarının, Azərbaycan gənclərinin inkişaf strategiyası və digər fərman və sərəncamların verdiyi imkanlardan Azərbaycan Ordusunun əsasını təşkil edən biz gənclər də bəhrələnirik. Ordumuzun qüdrətlənməsi, hərbi qulluqçuların xidmət şəraitinin daha da yaxşılaşdırılması, sosial problemlərimizin müsbət həlli döyüş ruhumuzu və qələbə əzmimizi artırır. Şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə dünyanın heç bir ölkəsində rast gəlinməyən diqqət və qayğı məhz Azərbaycanda göstərilir. Bütün bunlara görə Vətən əsgəri Sizə minnətdardır, Möhtərəm Prezident!

Biz Aprel Zəfərini, Günnüt Zəfərini və İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm Zəfəri məhz Sizin rəhbərliyiniz, Ali Baş Komandanlığınız altında qazanmış və Azərbaycanın şanlı hərb tarixinə yazmışıq.

2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tarixi nitqlərinizdən birində qeyd edirsiniz ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda həmişə canından keçməyə hazırdır.

Müzəffər Ali Baş Komandan əmin ola bilərsiniz ki, biz həqiqətən Vətən uğrunda, torpaq uğrunda canımızdan keçməyə həmişə hazırıq. Bir daha əmin ola bilərsiniz ki, Azərbaycan əsgəri 2023-cü il “Heydər Əliyev İli”ndə də sizin rəhbərliyinizlə daha böyük uğurlara imza atacaqdır!.."

Forum iştirakçıları müraciəti ayaq üstə alqışlayaraq yekdilliklə qəbul ediblər.

Xidmətdə fərqlənən ordu gənclərinin və şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəldilməsində xidmətləri olan ictimaiyyət nümayəndələrinin bir qrupu Müdafiə Nazirliyinin hədiyyələri ilə mükafatlandırılıb.

Tədbirdə iştirak edən generallar ordu gənclərini təbrik edib, onlara arzu və tövsiyələrini bildiriblər.

Forumun sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında “İrəli Azərbaycan gəncliyi!” adlı bədii kompozisiya nümayiş etdirilib.

Forum başa çatdıqdan sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı bir qrup Ordu gəncini qəbul edərək onlarla çay süfrəsi ətrafında səmimi söhbət edib, 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə onları mükafatlandırıb.

Azərbaycan Ordusu gənclərinin forumu iştirakçıları Horadiz şəhərinin görməli yerləri ilə tanışlıqdan sonra xoş təəssüratlarla öz hərbi hissələrinə yola düşüblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir