Husilər ABŞ-ın təyyarədaşıyan gəmisinə hücum ediblər
Bakı, 2 aprel, AZƏRTAC
Yəmən husiləri Qırmızı dənizdə ABŞ-ın “USS Harry S. Truman” təyyarədaşıyan gəmisinə və onu müşayiət edən döyüş gəmilərinə son 24 saat ərzində üç dəfə hücum etdiklərini bildiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə husilərin nəzarətində olan “Al-Masira” telekanalı məlumat yayıb. Bildirilir ki, qruplaşma raket və pilotsuz uçan aparatlardan istifadə etməklə ABŞ-ın hərbi gəmilərinə üç hücum həyata keçirib.
“Amerikalı düşmənə qarşı əməliyyatlarımız onların bölgədəki döyüş gəmilərini hədəfə alaraq sürətləndirilmiş templə davam edəcək. İsrailin Qəzzaya qarşı müharibəsi bitənə qədər əməliyyatlarımız dayanmayacaq”, - deyə husilərin nümayəndəsi Yəhya Saria vurğulayıb.
ABŞ Hərbi Dəniz Qüvvələri hələlik bu məlumatı şərh etməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]