Hyustonda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların gedişi müzakirə edilib
Hyuston, 20 aprel, AZƏRTAC
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Hyuston şəhərinin azərbaycanlı icmasının üzvləri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların gedişi müzakirə edilib.
“Azərbaycan” Mərkəzində keçirilən görüşdən əvvəl həmsədr ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna dair mədəniyyət və incəsənət eksponatları ilə tanış olub.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq hüquq normalarının mahiyyəti müzakirə olunub
Azərbaycan icmasının üzvləri münaqişənin beynəlxalq hüququn prinsipləri, xüsusilə sərhədlərin toxunulmazlığı prinsipi əsasında tezliklə sülh yolu ilə həll ediləcəyinə ümidvar olduqlarını bildiriblər.