Hyustonda yaşayan azərbaycanlılar və türklər Fransa konsulluğunun qarşısında aksiya keçirmişlər
Bakı, 30 yanvar (AZƏRTAC). ABŞ-ın Hyuston şəhərindəki Fransa konsulluğu qarşısında Amerika Azərbaycanlıları Şəbəkəsinin, Amerika Türkləri Şəbəkəsinin, Hyuston Amerika Türk Dərnəyinin və Hyuston Atatürkçü Düşüncə Qrupunun üzvləri tərəfindən Fransa Senatında yanvarın 23-də qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanunun qəbul edilməsi ilə bağlı etiraz aksiyası keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, əllərində Azərbaycan və türk bayraqları, “Fransa söz azadlığını pozub”, “Fransanın ATƏT-in Minsk qrupundan çıxarılmasını istəyirik” və s. kimi şüarlar yazılmış plakatlar tutan nümayişçilər Fransa Senatının bu qanunun bütün türklərə qarşı ağır ittiham olması ilə yanaşı, həmin qərarın söz və ifadə azadlığını kobud surətdə pozduğunu bildirmişlər.
Aksiyanın iştirakçıları ağızlarını lentlə bağlayaraq Fransa parlamentinin bu qərarının insan haqlarını pozduğunu nümayiş etdirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]