İçərişəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir
Bakı, 25 mart, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə İçərişəhər ərazisində, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan ərazi və qurumlarda, muzeylərdə, bütövlükdə açıq ərazilərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
AZƏRTAC xəbər verir ki, martın 25-də Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtımızda son günlər ərzində apardığı genişmiqyaslı dezinfeksiya tədbirləri çərçivəsində və xüsusi dəstəyi ilə idarənin müvafiq qurumları ilə birgə İçərişəhərdə analoji tədbirlərə başlanılıb. Qoruğun bütün küçə, məhəllə və daxili yolları dezinfeksiya maşınları, habelə kommunal texnika vasitəsilə xüsusi məhlulla yuyulur.
Mart və aprel aylarında bu kimi dezinfeksiya işləri daim həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [18:46]
“Metropolitango Award” layihəsinin final mərhələsi reallaşıb
- 23.06.2026 [15:13]
Bəstəkar İlyas Mirzəyev Türkiyənin Ulusal TV kanalında qonaq olub
- 23.06.2026 [12:28]
Bülbülün Memorial Muzeyində konsert proqramı təşkil olunub
- 23.06.2026 [11:12]
Tanınmış rejissor Əsgər Əsgərovun 65 illiyi qeyd olunub
- 23.06.2026 [11:02]