İctimai fəal: Humanitar məqsədlə istifadə olunan avtomobillər Laçın-Xankəndi yolundan sərbəst keçirlər
Şuşa, 20 dekabr, Elmir Səftərov, AZƏRTAC
Aksiyanın üçüncü günündən buradayam. Biz gecə-gündüz demədən "Ekoloji terrora son!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır", "Stop ekoterror!" və sair şüarlar səsləndiririk. Məqsədimiz təbii sərvətlərimizin Ermənistan tərəfindən talanmasının qarşısının alınmasıdır. Hazırda qar yağmasına baxmayaraq, aksiyamız davam edir və biz öz haqlı tələblərimizin yerinə yetirilməsini istəyirik.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, ictimai fəal Elcan Məmiyev bu fikriləri AZƏRTAC-a müsahibəsində söyləyib.
“Bir ictimai fəal kimi bildirməliyəm ki, Ermənistan tərəfi bu aksiya ilə bağlı yalan məlumatlar yayır. Guya onların humanitar məqsədlə hərəkət edən maşınları Xankəndi-Laçın yolundan buraxılmır. Əvvəla onu vurğulamalıyam ki, yolu biz yox, sülhməramlılar bağlayıb. İkincisi, aksiyada olduğum 6 gün ərzində bunun şahidiyəm ki, humanitar məqsədlə istifadə olunan bütün avtomobillər buradan maneəsiz şəkildə keçirlər”, - deyə tələbə vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]