İdarəetmə Sistemləri İnstitutunun əməkdaşının elmi məqaləsi Ukraynada dərc edilib
Bakı, 25 fevral, AZƏRTAC
İdarəetmə Sistemləri İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Aygün Əliyevanın “Azərbaycan Respublikasında müasir innovativ iqtisadi inkişafın əsas perspektivli istiqamətləri” adlı elmi məqaləsi Ukraynanın “Ujgorod Dövlət Universitetinin Xəbərləri. Beynəlxalq iqtisadi münasibətlər və dünya iqtisadiyyatı” elmi-praktiki jurnalında ingilis dilində dərc olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədqiqatın əsas məqsədi milli iqtisadiyyatın bazar münasibətləri kontekstində innovativ fəaliyyətinin təşkilinin mövcud vəziyyətini öyrənməkdir. Məqalədə beynəlxalq reytinq hesabatlarında Azərbaycanın innovasiya sahəsindəki mövqeyi digər ölkələrlə müqayisədə təhlil edilib. Həmçinin məqalədə iqtisadi sahədə innovasiyaların tətbiqinin mövcud problemləri nəzərdən keçirilib, aradan qaldırılması istiqamətində təklif və tövsiyələr təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:30]
Mərkəzi Elmi Kitabxanada professor Asif Rüstəmlinin kolleksiyası yaradılıb
- 06.10.2026 [15:44]
KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib
- 06.10.2026 [14:49]