İdris Hüseynov: Novruz xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir
Bakı, 18 mart, AZƏRTAC
“Tahiroğlu İnşaat” şirkəti Novruz bayramının gəlişi münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, sevinc, əmin-amanlıq və firavanlıq arzulayır!
Özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənələri çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir. Həmin ənənələrin müqəddəs ərməğan kimi həmişə uca tutulması və layiqincə yaşadılaraq gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Tahiroğlu İnşaat” şirkətinin rəhbəri İdris Hüseynov deyib.
O bildirib ki, “Tahiroğlu İnşaat” şirkəti olaraq biz də 20 illik fəaliyyətimiz dövründə olduğu kimi, bundan sonra da xalqımızın milli-mənəvi dəyərlərini qorumağa, ölkəmizin dinamik inkişafına töhfə verməyə, Azərbaycanın daha da qüdrətli olması üçün bütün qüvvəmizi səfərbər etməyə çalışacağıq.
“Əziz həmvətənlərimiz, bir daha sizi bu gözəl bayram münasibətilə təbrik edir, sizlərə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən ölkəmizdə firavan həyat arzulayırıq! Qoy, təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına dözüm və səbir versin. Novruz bayramı dövlətimiz və xalqımız üçün daha böyük uğurlar gətirsin. Xalqımızın əziz Novruz bayramı mübarək olsun!”.