İdxal olunan pendir məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı "GFC" MMC-nin İordaniyadan idxal etdiyi 1200 kiloqram “Nabil Jalapeno Çeddar Pendirli Kürəciklər” əmtəə nişanlı pendir məhsulu partiyasında mikrobioloji çirklənmə (Listeria monocytogenes) müəyyən edilib.
Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Faktla bağlı qəbul olunmuş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.