İƏT Niderlandda “Quran”ın nüsxələrinin yandırılmasını pisləyib
Bakı, 25 sentyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi sentyabrın 23-də təşkilata üzv olan bəzi dövlətlərin Niderlandın Haaqa şəhərindəki səfirlikləri qarşısında törədilmiş müqəddəs “Qurani-Kərim”in nüsxəsini təhqir edən təxribat xarakterli aktları qəti şəkildə pisləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə İƏT Baş Katibliyinin bəyanatında deyilir.
İƏT-in bəyanatında deyilir: “Baş Katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının 2023-cü il iyulun 31-də keçirilmiş 18-ci Fövqəladə Sessiyasında qəbul etdiyi və İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Qurani-Kərim”in nüsxələrinin yenidən təhqir olunması hallarına həsr olunmuş qətnaməsində yer almış müddəaları təkrar edir. Bu sənədlərdə ifadə azadlığı pərdəsi altında “Quran”ın, eləcə də İslamın və digər dinlərin müqəddəs kitablarının, dəyərlərinin və simvollarının müqəddəsliyini ləkələmək cəhdləri pislənilib.
İƏT Baş Katibliyi Hollandiya hakimiyyətini beynəlxalq hüquq normalarına zidd olaraq dini nifrət hissləri aşılayan bu cür təxribat xarakterli hərəkətlərə qarşı lazımi tədbirlər görməyə və onların təkrarlanmasının qarşısını almağa çağırır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]