III MDB Oyunları: Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb - YENİLƏNİB
Gəncə, 3 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qadınlar arasında qılıncoynatma üzrə yarışlar davam edir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumat görə, Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında bürünc medal qazanıb. Şpaqa növündə mübarizə aparan idmançı yarımfinalda Rusiya təmsilçisi Anastasiya Zabelinaya məğlub olub. Bununla da idmançımız fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
14:50
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qadınlar arasında qılıncoynatma üzrə yarışlar davam edir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycan təmsilçisi Mirnuray Abasova qılıncoynatma yarışlarının şpaqa növündə yarımfinala yüksəlməklə III MDB Oyunlarında bürünc medalı təmin edib. O, 1/4 finalda Anastasiya İlyuşenkanı (Rusiya) üstələyib. M.Abasovanın finala gedən yoldakı rəqibi Anastasiya Zabelina (Rusiya) olacaq.
Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.