Azərbaycan Dövlət İnformasiya Agentliyi

İkinci əl avtomobil alanlar nələrə diqqət etməlidirlər?

İkinci əl avtomobil alanlar nələrə diqqət etməlidirlər?

Bakı, 19 mart, AZƏRTAC

Mart ayı Azərbaycanda ikinci əl avtomobil bazarının durğunluğunun son aylarındandır. Artıq aprel ayından başlayaraq ikinci əl avtomobil bazarında canlanma başlayır və bu canlanma may ayında özünü daha çox büruzə verir. İkinci əl avtomobil bazarında canlanmanın başlaması özü ilə bərabər bu sahədə olan problemləri də qabardır. Digər zamanlarda daha az rast qarşılanan problemlərə bu dövrdə tez-tez rast gəlinir.

Belə problemlərlə qarşılaşmamaları üçün AZƏRTAC bir neçə vacib məqamı ikinci əl avtomobil almaq fikrində olan oxucuların diqqətinə çatdırır.

İkinci əl avtomobil sahiblərinin ən çox qarşılaşdıqları problemlər

Bakı sakini Ləman Rəcəbova ikinci əl avtomobil alandan sonra ortaya çıxan problemlərə görə təxminən ümumilikdə 3000 manat əlavə pul sərf etməli olub və sonunda avtomobilini satıb.

“Ötən ilin fevralında maşın bazarından ikinci əl “Hyundai Matrix” avtomobili aldıq. Təbii ki, avtomobili satan adam maşının hər bir hissəsinin yerində olduğunu və heç bir problemin olmadığını dedi. Sonra valideynim avtomobili yoxlanışa apardı. Yoxlanışda da avtomobilin heç bir problemi olmadığı görünürdü. Bir müddət sonra avtomobil sürüldükcə problemlər özünü büruzə verməyə başladı. Maşını fevral ayında alıb, avqust ayında satdıq. Fevral-avqust aralığında avtomobilin satılması üçün valideynim çox get-gəldə oldu. Ümumilikdə avtomobilə 17-18 min manat xərc çəkməyimizə baxmayaraq, 12 minə güclə sata bildik. Nəticə etibarilə 6-7 ay sürülmüş avtomobilə çəkilən xərc və qoyulan məbləğ bizi xeyli ziyana saldı. Qısa zamanda bizə həm maddi ziyan dəydi, həm də avtomobil bizi dəfələrlə yarı yolda qoydu”, - deyə L.Rəcəbova bildirir.

Avtomobil alarkən problemlə qarşılaşmış digər vətəndaş Dəxil Qasımov isə bildirib ki, ikinci əl avtomobil alanda bəzi səbəblərdən maşını vaxtında öz adına keçirə bilməyib. O, dənizdə işlədiyi üçün proses ləngiyib. Sonra isə avtomobilin əvvəlki sahibinə hər dəfə avtomobili öz adına qeydiyyata alması üçün etibarnamə verməsini söyləsə də avtomobilin əvvəlki sahibi müxtəlif bəhanələr deməyə başlayıb.

“2-3 ay sonra birtəhər maşının əvvəlki sahibini tapıb etibarnamə alaraq avtomobili öz adıma keçirtdim. Mən ikinci əl maşın almaq istəyənlərə tövsiyə edərdim ki, avtomobili dərhal öz adlarına keçirsinlər. Çünki qeydiyyat məsələsi bir müddətdən sonra xeyli mürəkkəbləşir”, - deyə şikayətçi bildirir.

Usta məsləhəti

İkinci əl avtomobil alarkən diqqət edilməli məqamları AZƏRTAC-a avtomobil ustası İlkin İsgəndərov açıqlayıb. Onun sözlərinə görə, ikinci əl avtomobil alarkən ilk yürüyüş məsafəsinə baxmaq lazımdır. Ustanın sözlərinə görə, avtomobilin bütün texniki nasazlıqlarını yalnız kompüter yoxlanışından keçirməklə, yəni diaqnostika etdirərək tam dəqiq bilmək olmur. Bunun üçün avtomobilin ümumi texniki xüsusiyyətlərini bilmək və onun işləmə prinsipinə bələd olmaq lazımdır.

Dizel və benzin mühərrikin fərqi

İ.İsgəndərov bildirib ki, dizel mühərrikli avtomobil ilə benzin mühərrikli avtomobil çox fərqlidir. Dizel motorlar sıxılma-partlama ilə, benzin mühərriklər isə alışma-yanma ilə işləyir. Benzin mühərrik və dizel mühərrikin problemləri də fərqli olur. Hazırkı dizel avtomobillərin “partekul filterləri” (DPF) tez-tez dolur və avtomobilin hərəkətində müəyyən problemlər yaradır.

“Məsələn, avtomobilin sürət yığmağı ləng baş verir, əgər turbosu varsa, bu da mühərrikin və turbonun ömrünü qısaldır. “Partekul filterini” yuyub təmizləmək üçün hazırda müasir texnologiyalara əsaslanan aparatlar var. Dizel mühərrikli avtomobil sürən sürücülərə tövsiyə edərdim ki, mütəmadi olaraq ötürücü qutusunun dövriyyəsini 3000-4000-ə qədər artıraraq sürsünlər. Bu proses avtomobilin “partekul filterini” təmizləyir ki, bu da motorun ömrünü uzadır”, - deyə usta bildirib.

Mühərrik yağının əhəmiyyəti

İlkin İsgəndərovun sözlərinə görə, ikinci əl avtomobil aldıqda onu servisdə ümumi yoxlanışdan keçirmək olur. Bu zaman avtomobilin təkərlərindən tutmuş şüşəsilənin suyuna qədər hər bir detalı ayrıca yoxlamaq lazımdır. Sürətlər qutusunun yağı, mühərrik yağının keyfiyyəti, mostun yağı, həmçinin avtomobilin əyləc sistemi yoxlanılmalıdır. Əgər əyləc mayesi köhnədirsə, sürətlər qutusu da daxil olmaqla mütləq dəyişilməlidir. Usta qeyd edir ki, avtomobilin mühərrik yağı nə qədər keyfiyyətli olarsa, yürüş məsafəsi də çox olur.

“Məsələn, normalda avtomobil mühərrikinin yağı 5000 kilometr sonra dəyişilməlidirsə keyfiyyətli yağda bu, 2000-3000 km artıq olur. Mühərrikin yağı nə qədər yaxşı olarsa, seplə işləyən mühərriklərin sep sistemində aşınmalar, sepdə uzanmalar olmur. Eləcə də mühərrikin valı, bloku, porşenləri aşınmır. Qeyd etmək lazımdır ki, yağlar bir neçə növə ayrılır: mineral, yarı mineral, yarı sintetik və tam sintetik. Yeni nəsil avtomobillərin əksəriyyəti tam sintetik yağla işləyir. Avtomobil idarə edən bütün sürücülər mühərrikin dizel və ya benzin olmasından asılı olmayaraq, keyfiyyətli yağlardan istifadə etməlidirlər. Tam dəqiq desək, avtomobil yağı avtomobilə qulluğun əsas elementlərindəndir. Yağ nə qədər keyfiyyətli olarsa avtomobilin qət etdiyi kilometr o qədər çox olur, mühərrikin daxili təmiz qalır və yeyinti olmur. Bu da mühərrikin ömrünü uzadır.

Digər məsələ, benzin mühərriklərdə alışdırma şamlarının mütəmadi olaraq dəyişilməsidir. Bunun avtomobilin “çəkiminə” böyük təsiri var. Məsələn, hər hansısa bir şam işləmədikdə avtomobilin dövriyyəsində problemlər yaranır, “çəkim” zəifləyir. Bu detalları da 35-40 min kilometrdən bir dəyişmək məsləhətdir. O cümlədən əyləc sistemindən əyləc yataqlarına mütləq baxılmalıdır. Əgər çox yeyinti varsa, onun da dəyişdirilməsi çox vacibdir”, - deyə avtomobil ustası əlavə edib.

Digər diqqət edilməli məqamlar

İlkin İsgəndərov onu da vurğulayır ki, ikinci əl avtomobil alarkən təkərlərin vəziyyəti, işıq sistemləri, avtomobilin istilik sistemi və ümumi elektrik naqillərinin hər biri yoxlanılmalıdır. Əgər naqillərin hansısa qırıqdırsa, yaxud izolyasiya qopubsa, bunun nəticəsində avtomobildə alışma baş verə bilər.

“Bunlarla yanaşı, qoruyucu ştepsellər yoxlanılmalıdır. Mühərrik turbodursa, mütləq yoxlanışdan keçməlidir. Atmosferik mühərriklərdə isə yoxlanışa ehtiyac yoxdur. Həmçinin su pompası, termostat və benzini mühərrikə ötürən benzin-nasos filteri yoxlanılmalıdır. İkinci əl avtomobil alıcıları bütün bu deyilənlərə riayət etsələr, problem yaranmaz”, - deyə İ.İsgəndərov fikirlərini yekunlaşdırır.

Ekspert rəyi

Mövcud şikayətlərlə bağlı nəqliyyat eksperti Aslan Əsədov isə AZƏRTAC-a açıqlamasında bildirib ki, ikinci əl avtomobili alarkən həmişə ehtiyatlı olmaq lazımdır. Avtomobilin servis xidməti varsa, mütləq avtomobili öz servis xidmətinə göstərmək lazımdır.

Nəqliyyat ekspertinin sözlərinə görə, avtomobilin problemləri haqqında servis xidmətində ustadan məlumat əldə etmək vacibdir. Əgər servis xidməti yoxdursa, tanınan, işini bilən ustadan bu haqda məsləhətlər almaq olar: “Yəni avtomobilin diaqnostikası çox vacib məsələdir. Əgər kimsə avtomobili diaqnostika etdirmədən alarsa, əlbəttə ki, bu, bir çox problemlərə yol açacaq”.

Avtomobili öz adına keçirməklə bağlı isə ekspert bildirib ki, nəqliyyat vasitəsini vaxtında ada keçirməklə bağlı kifayət qədər maarifləndirmə işləri aparılır. Lakin yenə də vətəndaşlar bu məsələyə məsuliyyətsiz və laqeyd yanaşırlar.

“Etibarnamənin heç bir hüquqi əsası yoxdur. O sadəcə icazə talonudur. İstənilən halda notariat ofislərinə, məhkəməyə yaxınlaşıb etibarnaməni ləğv etmək olar. Yəni etibarnamənin ləğv prosesi çox asandır. Buna görə də ikinci əl avtomobil alanlar onu mütləq vaxtında adlarına keçirsinlər. Bu, sonralar problemlərlə üzləşməmək üçün çox vacibdir. Avtomobili addan-ada keçirdən zaman Dövlət Yol Polisində (DYP) nasazlıqlar dərhal üzə çıxır. O zaman nəyisə ört-basdır etmək və gecikdirmək olmur. Buna görə də, bu kimi amilləri əvvəlcədən nəzərə almaq lazımdır”, - deyə A. Əsədov əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Dünya çempionatı 2026-nın ilk qolu vurulub YENİLƏNİB

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?