İkinci rüb 41 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib
Bakı, 8 iyul, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən cari ilin II rübü ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilib, gücü artırılan və enerji-təchizat sxemini dəyişən 41 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı təqdim edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 128 razılaşdırılan layihəyə əsasən tikintisi başa çatdırılan sənaye qaz qurğularının istismarına icazə verilib.
“Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələrinin iştirakı ilə 7 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 53 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:55]
® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb
- 08.06.2026 [16:43]
ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb
- 08.06.2026 [15:37]
Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm qoyur
- 08.06.2026 [14:40]