İkinci rübdə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1362 vətəndaş müraciət edib
Bakı, 8 iyul, AZƏRTAC
Cari ilin ikinci rübü ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 1362 müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 98-i məlumat xarakterli olmaqla 1146 müraciət edilib.
Təbii qaz təchizatı ilə bağlı 17-si məlumat xarakterli olmaqla 184 müraciət olunub.
İstilik təchizatı ilə bağlı cəmi 7 müraciət edilib. Digər məsələlərlə bağlı isə 3-ü məlumat üçün olmaqla 25 müraciət göndərilib.
Müraciətlərdən 865-i agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (9 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 377 müraciət hazırda baxılma prosesindədir, 118 məlumat xarakterli müraciətdən 56-sı qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]