“İkinci” Tramp adlandırılan prezidentliyə namizəd – Vivek Ramasvami
Bakı, 11 avqust, AZƏRTAC
2024-cü ildə ABŞ-da prezident seçkiləri keçiriləcək.
AZƏRTAC “flipboard.com” saytına istinadla xəbər verir ki, prezidentliyə namizədlərdən biri də hind əsilli Vivek Ramasvamidir.
Seçki turu ilə əlaqədar ölkənin üç şəhərində olan 38 yaşlı namizəd seçicilərini bürokratiya ilə ciddi mübarizə aparacağı barədə əmin edib. Vivek bəzi yerlərdə iş yerlərini ixtisar edəcəyini də deyib. Bunlar ədliyyə, enerji, nüvə və sairlə bağlı sahələrdir.
Qeyd edək ki, Respublikaçılar Partiyasını təmsil edən Ramasvami tanınmış iş adamı, yazıçı, biznesmen, konservativ baxışlı siyasətçidir. Ohayo ştatının Sinsinatti şəhərində doğulan siyasətçinin valideynləri ABŞ-a Hindistandan köçüblər. O, “Roivant Sciences”, “Chapter Medicare” kimi əczaçılıq şirkətinin, həmçinin “Campus Venture Network”un təsisçisidir. Harvard Universitetini bitirən Ramasvaminin iki övladı var.
Onu bəzi yerlərdə II Tramp kimi də çağırırlar.