İlahiyyat İnstitutunun əməkdaşı İstanbulda keçirilən beynəlxalq simpoziumda məruzə edib
Bakı, 19 dekabr, AZƏRTAC
Türkiyənin İstanbul Araşdırma və Təhsil Mərkəzində Mərmərə Universiteti və İstanbul Mədəniyyət Universitetinin birgə təşkilatçılığı ilə “Osmanlı dövründə əxlaq elmi: alimlər, əsərlər və məsələlər” mövzusunda beynəlxalq simpozium keçirilib.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarovun “Osmanlı dövründə fəlsəfi əxlaq əsərlərinin siyasət fəlsəfəsi aspektindən təhlili” mövzusunda məruzəsi dinlənilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Simpoziumda dosent Anar Qafarov Osmanlı filosoflarının əxlaq əsərlərinin klassik yunan və orta əsr İslam mədəni mühitində qələmə alınan əxlaq fəlsəfəsi əsərləri içindəki yeri və əhəmiyyəti haqqında danışıb. Osmanlı dövründə əxlaq fəlsəfəsi əsərlərini siyasi aspektdən panoramik baxışla təhlil edən A.Qafarov, əxlaqla siyasət arasındakı münasibətləri siyasət fəlsəfəsinin terminologiyası, problemləri və prinsipləri çərçivəsində və orta əsr İslam filosoflarının fikirləri ilə müqayisəli şəkildə təhlil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]