İlaxır çərşənbədə 6 nəfər tonqalda xəsarət alıb
Bakı, 19 mart, AZƏRTAC
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 18-də saat 19:30 radələrindən etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.
“Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb”, - deyə məlumatda qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:24]
Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
- 10.06.2026 [18:53]
“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub
- 10.06.2026 [17:59]