Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlham Əliyev bütün azərbaycanlıların Prezidentidir

İlham Əliyev bütün azərbaycanlıların Prezidentidir

Moskva, 24 dekabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə “Moskva-Bakı” portalında dövlətimizin başçısı haqqında “İlham Əliyev qloballaşmaqda olan dünyanın müasir liderinin etalonudur” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC məqaləni təqdim edir.

“Qloballaşmaqda olan dünyanın müasir liderinin etalonu” - məşhur yazıçı Çingiz Aytmatov Azərbaycan Prezidenti İlham Əliyevi bu cür səciyyələndirib. Əlbəttə, İlham Əliyevin liderlik etalonu və lider olması birdən-birə baş verməyib. Bundan əvvəl o, uzun illər boyu həyatın sınaqlarına sinə gərib, onun “mümkün olanı və olmayanı” idarə etmək məharəti cilalanıb. Onun xarakterinin bütün bu məişət və siyasi aspektləri istedad, kəskin intellekt və yüksək mədəniyyət sayəsində daim möhkəmlənib.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olmuş İlham Əliyev həyatının 15 ilini MDBMİ-də keçirib - əvvəlcə əyani şöbədə, sonra aspiranturada təhsil alıb, daha sonra orada dərs deyib. Dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Gənclik illərini, yetkinlik dövrünü, ilk ümidlərini və ilk sınaqları xatırlayan hər kəs kimi, o da tez-tez həmin illəri yada salır.

1987-ci ildə onun atası - sonradan Azərbaycanın ümummilli lideri olmuş Heydər Əliyev bütün vəzifələrdən çıxarıldı, Sov.İKP MK Siyasi Bürosunun tərkibindən xaric edildi və pensiyaya göndərildi. Sovet dövründə bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Heydər Əliyevin ailəsinin bütün üzvlərini hər yerdə sıxışdırmağa başladılar. Lakin İlham Əliyev institutdan, həmkarlarından incimədi. MDBMİ-də onunla birlikdə təhsil alan və işləyən insanlar onu dəstəkləməyə, ruhlandırmağa, ona diqqəti artırmağa çalışırdılar. İlham Əliyev Azərbaycan Prezidenti seçiləndə MDBMİ-nin məzunu olan ilk və hələlik yeganə Prezident kimi alma-materə baş çəkdi. Ona fəxri doktor adı verildi, MDBMİ-nin muzeyində ona həsr edilmiş stend açıldı. İlham Əliyev buna nəcib şəkildə cavab verdi - MDBMİ-nin məzunlarının birinci görüşünün iştirakçılarını Bakıya dəvət etdi.

Müasir lider

İlham Əliyev Xəzərin neft yataqlarının mənimsənilməsi və istismarı haqqında müqavilənin - “Əsrin müqaviləsi”nin hazırlanmasına və həyata keçirilməsinə sanballı töhfə verib. 1994-cü ildə bağlanmış bu müqavilədə Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan mühüm rol oynayıb. 23 il sonra, 2017-ci il sentyabrın 14-də Bakıda “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinin davam etdirilməsi barədə yeni “Əsrin müqaviləsi” imzalandı. Müqavilənin şərtlərinə görə, Azərbaycanın iştirak payı artırılaraq 11,6 faizdən 25 faizə çatdırılır. Azərbaycana çatacaq mənfəət neftinin payı 75 faiz olacaq. 

Yüksək peşəkarlıq. Diplomatik duyum. Müasir liderin yüksək keyfiyyətləri. Məhz bu cəhətlər İlham Əliyevin siyasi karyerasında fərqləndirici və cəlbedici xüsusiyyətlərdir. O, prezidentliyinin lap əvvəlindən başlayaraq neft amilindən xalqın və müstəqil Azərbaycanın mənafeyi naminə istifadə edir. Sonradan özü bu barədə deyəcək: “Biz “qara qızıl”ı insan kapitalına çevirməyə nail olduq. Biz neftdən alınan gəlirlərdən çox səmərəli şəkildə istifadə etdik və bu gün bu fakt dünya miqyasında xüsusi qeyd edilir. Zəngin neft yataqlarına malik olan ölkələr çoxdur, lakin bu ölkələr yoxsulluq, kasıblıq şəraitində yaşayırlar. Bu ölkələrdə sabitlik pozulur, neft həmin ölkələrə fəlakətlər gətirir. Azərbaycanda isə neft firavanlıq, inkişaf, sabitlik, qüdrət gətirir”.

Azərbaycan cəmiyyətini uzun illərdir narahat edən Dağlıq Qarabağ münaqişəsinin həlli də daim İlham Əliyevin diqqət mərkəzindədir. O, dəfələrlə bəyan edib ki, Azərbaycan Qarabağsız ola bilməz. Bu münaqişənin yalnız ölkənin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanması dövlət başçısının birmənalı mövqeyidir.

Azərbaycan Prezidenti açıq-aydın surətdə bəyan edib: “Dağlıq Qarabağ 5 ildən, 10 ildən, hətta 100 ildən sonra da Azərbaycandan ayrılmayacaq. Mən Prezident olduğum müddətdə buna yol verməyəcəyəm”.

Novatorluq və rasionalizm

İlham Əliyev bütün məsələlərdə novatorluq və islahatçı yanaşmalar tətbiq edir. O, dünyada baş verən proseslərin və dəyişikliklərin məntiqinə əsaslanaraq Azərbaycanın fasiləsiz inkişafını sürətləndirən mühüm addımlar atır. İlham Əliyevin “prezidentlik xronikası”nın bəzi mərhələlərini xatırladaq. Onun Brüsselə səfəri Aİ ilə Azərbaycan arasında yeni saziş bağlanmasına dair danışıqlar prosesinə start verdi. Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxış, BMT-ni öz qətnamələrini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrini yerinə yetirməyə çağırış. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol kimi Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim. Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli sammiti, energetika və nəqliyyat sahələrində genişmiqyaslı layihələrin, o cümlədən “Şimal-Cənub” dəhlizinin yaradılmasına dair möhtəşəm planın müzakirəsi. 

İlham Əliyev uğurlu və bənzərsiz şəxsiyyətdir. O, zəngin insani dəyərləri, kübar maneraları, rasional təfəkkür tərzini, sarsılmaz vətənpərvərlik, praqmatizm və milli mentalitet kimi keyfiyyətləri özündə cəmləşdirməklə Azərbaycanın ictimai həyatına və siyasətinə yeni nəfəs, müasirlik və intellektuallıq gətirir.

Ot kökü üstündə bitər

İlham Heydər oğlu Əliyev atası Heydər Əliyevin layiqli oğludur. O, Ümummilli Liderin siyasi kursuna mütləq mənada sadiqdir. Öz prinsiplərinə sadiqlik, parlaq intellekt, cəmiyyət üçün açıqlıq, tolerantlıq, səmimilik, humanizm kimi keyfiyyətləri atasından əxz edib. Heydər Əliyev kimi, ona da qətiyyətlilik, enerji, zehni potensial və təşəbbüskarlıq xüsusiyyətləri xasdır. 

İdarəçilik keyfiyyətləri, bu və ya digər problemin müzakirələrində fəal iştirak, müasir qərb liderlərinə xas olan imic, ən başlıcası, qüsursuz nüfuz Heydər Əliyev fenomeninin əsas amilləri idi. İndi bu keyfiyyətlər həm də İlham Əliyevi səciyyələndirir.

Ata və oğul xarakter etibarilə səmimi insanlardır. Sıravi vətəndaşlarla ünsiyyətdə bu səmimiyyət xüsusilə parlaq şəkildə təzahür edir. Bütün müdrik dövlət adamları kimi İlham Əliyev də atasına bənzəyir - hər kəslə dil tapmağı, sıravi vətəndaşla istənilən psixoloji baryeri aradan qaldırmağı bacarır. Bu, dövlət başçısının Azərbaycan xalqının dəstəyindən və etimadından istifadə etməsinə imkan verir.

Dövlət başçısının öz siyasi komandasının üzvləri ilə münasibətdə də səmimiliyə və qarşılıqlı hörmətə əsaslanan ünsiyyətin tərəfdarı olduğunu deyirlər. Lakin bütün bunlar Prezidentin kifayət qədər sərt qərarlar qəbul etməsini istisna etmir. Bütün xarizmatik liderlər kimi, İlham Əliyev də özünə qarşı son dərəcə tələbkardır. İctimai rəydə o, özünənəzarətin və qanunçuluğun qarantı kimi məşhurdur. Ciddi intizam və yüksək məsuliyyət hissi dövlət başçısının bütün fəaliyyətinin meyarıdır.

Ailə

1983-cü ildə İlham Əliyev Mehriban Paşayeva ilə evləndi. Gənclər Moskvada tələbəlik illərində tanış olmuşdu. Mehriban xanım İ.Seçenov adına Tibb İnstitutunda oxuyurdu. 1985-ci ildə onların qızı Leyla, 1989-cu ildə kiçik qızları Arzu dünyaya gəldi. 

Mehriban Əliyeva xatırlayır: “1987-ci ildən sonrakı dövr bütün ailəmiz üçün həqiqətən çox çətin dövr oldu. İlham özünü itirmədi, ailəsinin, uşaqlarının bu çətinlikləri hiss etməmələri üçün əlindən gələni edirdi. O vaxt çox böyük problemlər vardı, bizə, demək olar ki, heç kəs kömək etmirdi. İlhamın əzmkarlığı sayəsində biz korluq çəkmədik...”.

1997-ci ildə onların oğlanları Heydər doğuldu. Bu adı ona, əlbəttə, babasının şərəfinə vermişdilər. 2017-ci ildə İlham Əliyev Mehriban Əliyevanı ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin etdi. Təhlükəsizlik şurasında onu “peşəkar və humanist” kimi təqdim etdi.

İlham Əliyev bütün azərbaycanlıların Prezidentidir. Prezident ana dili ilə yanaşı, ingilis, rus, türk və fransız dillərində də danışır. O, öz xalqının oğludur və eyni zamanda, beynəlmiləlçi, ümumbəşəri mənəvi dəyərlərin tərəfdarıdır. O, milli ənənələrin və dini təsisatların, konfessiyalar arasında qarşılıqlı tolerant münasibətlərin, multikulturalizmin tərəfindədir. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan kimi güclü dövlətin mövcud olmasından qürur duyur, öz Prezidenti İlham Əliyevin dəstəyini hiss edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb