İLİN BİRİNCİ YARISINDA TƏRTƏRDƏ 400 MİN MANATLIĞA YAXIN TƏMİR-TİKİNTİ İŞLƏRİ GÖRÜLMÜŞDÜR
Məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, rayonda tikinti-abadlıq, quruculuq işləri sürətlə aparılmış, yeni iş yerlərinin açılması üçün mühüm tədbirlər həyata keçirilmişdir. Son bir ildə, o cümlədən bu ilin altı ayında aparılan tikinti-abadlıq işləri rayonun simasını tamamilə dəyişmiş, sosial-iqtisadi sahədə böyük uğurlar qazanılmışdır.
İlin birinci yarısında rayonda 383 min 578 manatlıq təmir-tikinti, abadlıq işləri görülmüşdür. Hazırda ümummilli liderimizin adını daşıyan mədəniyyət və istirahət parkında abadlıq işləri davam etdirilir. Kənd təsərrüfatının bütün sahələrində uğurlu nəticələr qazanılmışdır.
Natiq dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələri yığıncaq iştirakçılarının diqqətinə çatdırmış, yol verilmiş nöqsanlardan, həlli vacib olan problemlərdən danışmışdır.
Müşavirədə tədbirlər planı təsdiq edilmiş, müvafiq qərar qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:03]