İlon Mask Soros Fondunu məhkəməyə vermək niyyətindədir
Bakı, 24 avqust, AZƏRTAC
Amerikalı milyarder və sahibkar İlon Mask söz azadlığının boğulmasını dayandırmaq üçün tanınmış maliyyəçi Corc Sorosun “Açıq Cəmiyyət Fondu”nu məhkəməyə vermək niyyətində olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mask X hesabında yazıb.
Onun şərhi jurnalist Ben Skullanın Soros tərəfindən maliyyələşdirilən təşkilatların İrlandiya və Şotlandiyada senzura siyasətini təşviq etdiyinə dair məqaləsinə cavab olaraq dərc edilib. Bu, məqalədən göründüyü kimi, polisin evlərdə axtarışları, vətəndaşların şəxsi telefonlarının və kompüterlərinin yoxlanılmasını əhatə edir.
Skullanın materialına görə, bu cür tədbirlərin əsasını Soros təşkilatları və siyasətçilərinin bu bölgələrdə yerli əhali arasında nifrət cinayətlərinin sayının guya artması ilə bağlı irəli sürdüyü tezis təşkil edir. Jurnalistin yazdığı kimi, nifrət doğuran dezinformasiyanın yayılmasında məqsəd söz azadlığını boğmaq üçün sərt tədbirlərə haqq qazandırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]