İlon Mask tviter vasitəsilə süni intellekt öyrədəcək
Bakı, 15 iyul, AZƏRTAC
İlon Maskın xAI şirkəti süni intellekt (AI) modellərini öyrətmək üçün tviter yazılarından istifadə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İlon Mask tviter səhifəsində canlı yayım zamanı bildirib.
O deyib: “Düşünürəm ki, biz də təlim üçün hər kəsin etdiyi kimi, - əlbəttə, şəxsi heç nəyə toxunmadan, - ictimai tvitlərdən istifadə edəcəyik”. Mask digər şirkətlərin süni intellekt modellərini öyrətmək prosesində sosial şəbəkədəki paylaşımlardan “qeyri-qanuni istifadə etdiyini” vurğulasa da söhbətin hansı şirkətlərdən getdiyini açıqlamayıb.
Maskın qeyd etdiyi kimi, xAI ən təhlükəsiz yanaşma olan “ən çox maraqlanan və həqiqəti axtaran” süni intellekt yaratmağa çalışacaq. “xAI-ın əsas amalı kainatı dərk etmək məqsədini həyata keçirəcək yaxşı süni intellekt yaratmaqdır”, - deyə sahibkar bildirib. Eyni zamanda o, süni intellekt sahəsinin tənzimlənməsinin tərəfdarı olduğunu vurğulayıb.
İlon Mask xAI-ın sahibi olduğu elektrikli avtomobil şirkəti “Tesla” ilə sıx əməkdaşlıq edəcəyini də söyləyərək, onların qarşılıqlı fayda gətirəcəyini deyib. O, süni intellekt sahəsindəki inkişafın “Tesla”nın avtopilot sisteminin təkmilləşdirilməsi üçün tətbiq olunacağını istisna etməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]