İmişlidə “Əsgərə məktub” aksiyası təşkil olunub
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də İmişli rayonunda “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində tədbir təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İmişli regional “ASAN xidmət” mərkəzinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşdırılan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və ASAN könüllüləri qəhrəman Vətən övladlarına ürək sözlərini ünvanlayıblar.
Həmçinin vətənpərvərlik mövzusunda müxtəlif mahnı və şeirlər səsləndirilib.