İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb
Bakı, 27 mart, AZƏRTAC
İndoneziyanın Qərbi Yava əyalətində iki kəndi əhatə edən torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, əyalətin axtarış-xilasetmə idarəsindən verilən məlumata görə, ölənlərdən biri uşaqdır. Eyni zamanda, təbii fəlakət nəticəsində beş nəfərin itkin düşdüyü, 30-a yaxın evin və iki ibadət binasının dağıldığı bildirilir.
Xilasedicilər itkin düşənlərin axtarışını davam etdirirlər.
Qeyd edək ki, İndoneziya son aylarda bir sıra torpaq sürüşməsi və şiddətli daşqınlarla üzləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]