COP29
İndoneziyanın COP29-dakı nümayəndəsi: Qlobal problem olan iqlim dəyişikliyinin həll yolu birgə əməkdaşlıqdadır
Bakı, 12 noyabr, AZƏRTAC
COP konfranslarında artıq bir neçə ildir iştirak edirəm. Hər zaman gözləyirik ki, növbəti COP həlledici olacaq.
Bunu AZƏRTAC-a açıqlamasında İndoneziyanın “PT Pertamania” şirkətinin dayanıqlıq üzrə vitse-prezidenti Suripno Suripno deyib.
O qeyd edib ki, Azərbaycan bu tədbirə yüksək səviyyədə ev sahibliyi edir.
“COP29 məkanını çox bəyəndim, heyranedicidir. Qlobal problem olan iqlim dəyişikliyinin həll yolunu birgə əməkdaşlıqda görürəm. Ölkələr bir-birini bu sahədə dəstəkləməlidir. Bu istiqamətdə İndoneziya böyük addımlar atır. Biz başqa ölkələrdən də dəstək gözləyirik. Əsas gözləntimiz COP tədbirlərində verilən vədlərin yerinə yetirilməsidir”, - deyə Suripno Suripno əlavə edib.