ELM VƏ TƏHSİL
İNFORMASİYA TEXNOLOGİYA İNSTİTUTU 2003-CÜ İLƏ YEKUN VURUR
İclasda tanınmış alimlər, informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislər iştirak edirdilər.
Əvvəlcə xalqmızın böyük oğlu, dünya şöhrətli siyasətçi Prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
İclası AMEA-nın fiztka-riyaziyyat, texnika elmləri bölməsinin akademik katibi Akif Hacıyev açmışdır.
İnformasiya Texnologiyaları İnstitutunun direktoru, texnika elmləri doktoru Rasim Əliquliyev hesabat məruzəsi ilə çıxış etmişdir. O bildirmişdir ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində çıxışında söylədiyi fikirlər bir daha deməyə əsas verir ki, ölkəmizdə informasiya cəmiyyətinin qurulması dönməz xarakter almışdır. İl ərzində bu prosesin elmi əsasları istiqamətində institutun yerinə yetirdiyi tədqiqat işlərinin tətbiqi və praktiki fəaliyyəti öz müsbət nəticəsini verir. Tədris Mərkəzində respublika üzrə aspirant və dissertantlara “İnformatika” fənninin tədrisi, İnformasiya texnologiyalarının mühüm istiqamətləri üzrə təbris kurslarının təşkili, lokal “Şəbəkə Akademiyası”nın yaradılması kimi işlər yüksək dəyərlərdirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu mühüm sahə ilə bağlı fikirlərini bildirmişdir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov institutun fəaliyyətini yüksək qiymətləndirmişdir.