ELM VƏ TƏHSİL
İNFORMASİYA TEXNOLOGİYA İNSTİTUTU İLƏ YEKUN VURMUŞDUR
İclas iştirakçıları əvvəlcə xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Prezident Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
İnstitutun direktoru, texnika elmləri doktoru Rasim Əliquliyev hesabat məruzəsi ilə çıxış etmişdir. O bildirmişdir ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitindəki nitqində söylədiyi fikirlər bir daha deməyə əsas verir ki, ölkəmizdə informasiya cəmiyyətinin qurulması dönməz xarakter almışdır. İl ərzində bu prosesin elmi əsasları istiqamətində institutun yerinə yetirdiyi tədqiqat işlərinin tətbiqi və praktiki fəaliyyəti öz müsbət nəticəsini verir. Tədris Mərkəzində respublika üzrə aspirant və dissertantlara “İnformatika” fənninin tədrisi, informasiya texnologiyalarının mühüm istiqamətləri üzrə tədris kurslarının təşkili, lokal “Şəbəkə Akademiyası”nın yaradılması kimi işlər yüksək dəyərlərdirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu mühüm sahə ilə bağlı fikirlərini bildirmişdir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov institutun fəaliyyətini yüksək qiymətləndirmişdir.