İngiltərə Premyer Liqası: "Liverpul" öz meydanında "Arsenal"ı məğlub edib
Bakı, 20 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 20-də futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, "Liverpul" klubu "Enfild" stadionunda "Arsenal" komandasını qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:0.
Mersisayd təmsilçisinin heyətində Sadio Mane (39), Dieqo Jota (52), Məhəmməd Salah (74) və Takumi Minomino (77) fərqləniblər.
Bu qələbə sayəsində "Liverpul" xal ehtiyatını 25-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. "Arsenal" isə 20 xalla beşinci yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]