İngiltərə Premyer Liqası: Ceyms Milner ilk üçlüyə yüksəlib
Bakı, 6 aprel, AZƏRTAC
“Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında keçirdiyi oyunların sayına görə üçüncü pilləyə yüksəlib.
AZƏRTAC xəbər verir ki, futbolçu buna İngiltərə Premyer Liqasının səkkizinci turundan təxirə salınmış "Çelsi" ilə matçda (0:0) meydana çıxmaqla nail olub.
Bu görüş Milnerin 610-cu çempionat matçı kimi yadda qalıb. Nəticədə Ceyms Frenk Lempardı (609) geridə qoyub.
İngiltərə çempionatında ən çox oyun keçirən futbolçuların siyahısına "Aston Villa", "Everton", "Mançester Siti" klublarında çıxış etmiş Qaret Barri (653) liderlik edir. "Mançester Yunayted"in sabiq üzvü Rayan Giqqz (632) isə ikinci pillədə yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]
NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub
- 12.06.2026 [14:49]
Azərbaycan avarçəkəni Avropa çempionu olub
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]