İngiltərənin ən böyük gölündə zərərli bakteriyalar aşkarlanıb
London, 19 avqust, AZƏRTAC
İngiltərənin ən böyük gölü olan Vindermerdə narahatedici çirklənmə səviyyəsi ortaya çıxıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, iki il yarım ərzində 350 könüllünün iştirakı ilə aparılan tədqiqat nəticəsində göldə suyun keyfiyyət standartlarına cavab vermədiyi, orada zərərli bakteriyaların və fosforun normadan artıq olduğu aşkarlanıb, bir sıra çirklənmə ocaqları müəyyən edilib.
Şirin Su Bioloji Assosiasiyası xəbərdarlıq edib ki, təcili tədbirlər görülməsə, göldə qütb xızı balığının sayı azala bilər. Qurum bildirib ki, əldə olunan faktlar suyun keyfiyyətinin yaxşılaşdırılması üçün qətiyyətli addımların atılmasını tələb edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]