“İnsan Hüquqları Aylığı” çərçivəsində hərbi qulluqçular üçün maarifləndirici vəsait hazırlanıb

Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində hərbi qulluqçular üçün “10 sual - 10 cavab” adlı maarifləndirici vəsait hazırlanıb.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vəsaitdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması, hərbi qulluqçuların vəzifələri, habelə ombudsmanın insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə sual-cavab formatında faydalı məlumatlar yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.07.2025 [18:18]
QHT-lərin BMT-də təmsilçiliyi ilə bağlı növbəti təlim keçirilib
- 08.07.2025 [17:16]