Azərbaycan Dövlət İnformasiya Agentliyi

INTOSAI: Biz Azərbaycan Hesablama Palatasının strateji idarəçiliyə verdiyi önəmi görməkdən məmnunuq — MÜSAHİBƏ

INTOSAI: Biz Azərbaycan Hesablama Palatasının strateji idarəçiliyə verdiyi önəmi görməkdən məmnunuq — MÜSAHİBƏ

Bakı, 18 avqust, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (International Organization of Supreme Audit Institutions - INTOSAI) İnkişaf Təşəbbüsü (INTOSAI Development Initiative, IDI) baş direktoru Einar Gorrissen ilə müsahibəni təqdim edir.

Azərbaycanın Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı (INTOSAI) ilə əməkdaşlığı ölkəmizin 2002-ci ildə təşkilata üzv olmasından qısa müddət sonra başlayıb. O vaxtdan etibarən Hesablama Palatası beynəlxalq audit ictimaiyyətinin fəal iştirakçısına çevrilərək təcrübə mübadiləsinə, standartların hazırlanmasına və dövlət maliyyə nəzarətinin qabaqcıl təcrübələrinin tətbiqinə mühüm töhfələr verib. Xüsusilə səmərəli əməkdaşlıq INTOSAI-nin struktur bölməsi olan İnkişaf Təşəbbüsü (IDI) ilə qurulub; bu çərçivədə bir sıra əsas layihələr həyata keçirilib, o cümlədən Ali Audit Orqanlarının Fəaliyyətinin Qiymətləndirilməsi Çərçivəsi üzrə fəaliyyətin qiymətləndirilməsi, SPMR proqramı çərçivəsində 2021–2025-ci illər üçün Strateji İnkişaf Planının hazırlanması və Auditorların Peşəkar Təhsili Proqramında iştirak baş tutub.

Bu gün Hesablama Palatası yalnız IDI-nin dəstəyindən yararlanmır, həm də digər ölkələrə, məsələn, Tacikistanla birgə Ali Audit Orqanlarının Qlobal Hesabatlılıq Təşəbbüsü çərçivəsində dəstək göstərən resurs tərəfdaş qismində çıxış edir. Əməkdaşlığın bu inkişaf yolu — dəstək alan tərəfdən təcrübə ötürən tərəfə çevrilmə — beynəlxalq tərəfdaşlığın dövlət institutlarının davamlı inkişafına necə töhfə verdiyinin bariz nümunəsidir.

- INTOSAI İnkişaf Təşəbbüsü (IDI) Ali Audit Orqanlarının potensialının artırılmasını necə dəstəkləyir?

- Bizim əsas məqsədimiz bütün dünyada Ali Audit Orqanlarının potensialını inkişaf etdirmək, dövlət maliyyə idarəçiliyinin gücləndirilməsinə, şəffaflığın artırılmasına və nəzarətin təkmilləşdirilməsinə töhfə verməkdir. Bunun üçün biz Ali Audit Orqanlara fərdi, hədəflənmiş dəstək göstəririk. Bu o deməkdir ki, biz hər bir orqanla yaxından əməkdaşlıq edir, onun konkret ehtiyaclarını müəyyənləşdirir və uyğun yardım təqdim edirik. Bu, idarəetmə, audit praktikasında texniki dəstək və ya uzunmüddətli inkişaf sahəsində ola bilər. Biz çalışırıq ki, Ali Audit Orqanları yerli səviyyədə tələbləri tam şəkildə ödəməyə hazır olsunlar. Məsələn, konkret bir Ali Audit Orqanının rəqəmsal audit təcrübələrinə gəldikdə, biz auditorları hökumət tərəfindən həyata keçirilmiş rəqəmsal həlləri və ya proqramları qiymətləndirməyə hazırlayan təşəbbüslər həyata keçiririk, yaxud Ali Audit Orqanlarının rəhbərliyi və İT komandaları ilə birlikdə daha geniş İT strategiyası və strukturunu müəyyənləşdirərək orqanın funksiyalarını effektiv şəkildə yerinə yetirməsinə dəstək göstəririk.

- 2024–2029-cu illər üçün IDI Strateji Planında müəyyən edilmiş prioritet fəaliyyət sahələri hansılardır?

- Bizim 2024–2029-cu illər üçün Strateji Planımız müstəqil, etibarlı və dayanıqlı Ali Audit Orqanları yaratmaq məqsədinə əsaslanır; bu isə daha yaxşı cəmiyyətlərin formalaşmasına və həyat səviyyəsinin yüksəlməsinə xidmət edir. Üç əsas strateji məqsəd — dayanıqlılıq, rəqəmsallaşma və Ali Audit Orqanlarına olan ictimai etimaddır. Bütün dəstəyimiz bu prioritetlərlə bağlıdır; biz Ali Audit Orqanları üçün dayanıqlı həllər təmin etməyə çalışırıq, onların rəqəmsal strategiyalarını qurmasına və həyata keçirməsinə dəstək veririk, həmçinin mövcud geosiyasi kontekstdə ictimai etimadın Ali Audit Orqanların əhəmiyyətli və konkret nəticələr əldə etməsi üçün ən vacib vasitə olduğunu anlayırıq.

- IDI tərəfindən təklif olunan hansı dəstək mexanizmləri Ali Audit Orqanları üçün ən effektiv hesab olunur?

- Biz istərdik ki, IDI-nin bütün təşəbbüsləri "ən effektiv" hesab olunsun! Amma işimizin iki xüsusilə önəmli istiqamətini vurğulamaq olar: Ali Audit Orqanlarının auditorları üçün Peşəkar Təhsil Proqramı (PESA) və Strateji Planlaşdırma, Monitorinq və Hesabatlılıq (SPMR). Bu proqramlar vasitəsilə biz Ali Audit Orqanlarında davamlı audit praktikalarının formalaşması üçün peşəkar inkişaf və sertifikatlaşdırma təklif edirik, həmçinin orqanlara uzunmüddətli fəaliyyət effektivliyini artırmaq məqsədilə uyğunlaşdırılmış strateji planların hazırlanmasında dəstək göstəririk.

Bundan əlavə, Ali Audit Orqanları arasında qarşılıqlı dəstək şəbəkəmiz təcrübə mübadiləsini, biliklərin dərinləşdirilməsini və beynəlxalq əməkdaşlığın genişlənməsini təşviq edir. Əməkdaşlıqdan danışarkən qeyd etmək lazımdır ki, biz, həmçinin Ali Audit Orqanlarının ictimai etimadı gücləndirməsinə dəstək göstəririk, bunu qeyri-hökumət təşkilatlar (QHT) ilə birgə həyata keçiririk. Digər bir əməkdaşlıq nümunəsi isə Beynəlxalq Parlamentlər İttifaqı (IPU) ilə birgə həyata keçirilən layihələrdir; bu çərçivədə biz Ali Audit Orqanlarının rəhbərləri və parlament üzvləri üçün seminarlar təşkil edirik ki, Ali Audit Orqanlarının dövlət maliyyə idarəçiliyindəki roluna dair qarşılıqlı anlaşmanı təşviq edək.

- IDI-nin regional INTOSAI təşkilatları ilə əməkdaşlığı çərçivəsində hansı birgə təşəbbüslər həyata keçirilib?

- Son illərdə biz INTOSAI-nin regional təşkilatları ilə bir sıra təşəbbüslər həyata keçirmişik. Onlar arasında maliyyə, nəticə və uyğunluq audit sahələrində potensialın inkişafı proqramları, həmçinin insan resurslarının idarə olunması və keyfiyyət menecmenti sistemi kimi təşkilati məsələlər üzrə layihələr vardır. Biz regiona yönəlmiş seminarlar və qlobal əhəmiyyətli mövzular üzrə birgə audit layihələri, məsələn, iqlim dəyişikliyinə adaptasiya və ya Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) nail olmaq, həmçinin Ali Audit Orqanlarının rəhbərləri üçün liderlik seminarları keçirmişik. Bu təşəbbüslər belə şəkildə hazırlanmışdır ki, regiondakı bütün Ali Audit Orqanları, o cümlədən Azərbaycan, ya faydalanan tərəf, ya da resurs tərəfdaş kimi iştirak edə bilsin, təcrübə mübadiləsi apararaq regional potensialı birgə gücləndirsinlər.

- Azərbaycan Respublikasının Ali Audit Orqanı — Hesablama Palatası — IDI çərçivəsində hansı əməkdaşlıq istiqamətlərində iştirak edib və bu təşəbbüslərdən hansıları ən uğurlu hesab oluna bilər?

- Biz Azərbaycan Hesablama Palatasının strateji idarəçiliyə verdiyi önəmi görməkdən məmnunuq; bu, Ali Audit Orqanlarının Fəaliyyətinin Ölçülməsi Çərçivəsi üzrə uğurlu qiymətləndirmənin aparılması və 2021–2025-ci illər üçün hərtərəfli Strateji İnkişaf Planının hazırlanması ilə təsdiqlənir. COVID-19 pandemiyası kimi çətinliklərə baxmayaraq, bu layihələrin həyata keçirilməsi və planın icrasında əldə olunan irəliləyişlər SPMR yanaşmasının uğurlu tətbiqinin bariz nümunəsidir. Bu, həmçinin IDI vasitəsilə beynəlxalq əməkdaşlığın dəyərini vurğulayır.

Bundan əlavə, Hesablama Palatası yaxın zamanda Tacikistanla birgə Ali Audit Orqanlarının Qlobal Hesabatlılıq Təşəbbüsü (GSAI) çərçivəsində qarşılıqlı dəstək tərəfdaşı rolunu üzərinə götürüb. Bu vacib rol və qurulmuş əlaqələr, Palatanın SPMR və PESA təşəbbüslərində uğurlu iştirakı və tətbiqi sayəsində mümkün olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir