İqor Dulyay: “Sabah”ın əla baş məşqçisi və futbolçuları var
Bakı, 16 avqust, AZƏRTAC
Bakıda hər şey bizim üçün pis alındı. İndi isə əksini gözləyirəm. Səfər oyununa gələn azarkeşlərimizi məyus etdik. Cavab matçında futbolçularımdan ilk dəqiqələrdən aqressiv olmalarını, rəqibə kim olduğumuzu göstərmələrini xahiş etmişəm. İnanıram ki, bacaracaqlar.
AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın “Partizan” komandasının baş məşqçisi İqor Dulyay evdə “Sabah”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis vacib qarşılaşmaya çıxacaqlarını bildirib: “Biz, ilk növbədə, 3 yox, 2 top fərqi ilə qələbə qazanmağa çalışacağıq. Gəlin, addım-addım gedək. Aqressiv və ağıllı oynamalıyıq. Uşaqlar son çempionat matçında göstərdilər ki, komandada keyfiyyət var. Amma azarkeş dəstəyiniz yoxdursa, bu kifayət etmir. Bu komanda təkcə 11 futbolçudan asılı deyil”
Dulyay avrokuboklarda iştirakın klublar üçün maddi baxımdan da önəmli olduğunu vurğulayıb: “Sabah”la oyuna bizə çox şey qazandıra bilər. Amma komandama inanmayanlar da var. Əsas olan bizim inanmadığımızdır”.
Təcrübəli çalışdırıcının sözlərinə görə, “Sabah”ın qapanacağına inanmıram. Əla baş məşqçisi və futbolçuları var. Bizi yaxşı analiz ediblər. Amma önəmli olan bizim necə oynamağımızdır. Erkən qol vursaq, vəziyyəti dəyişə bilərik”.
Qeyd edək ki, avqustun 17-də keçiriləcək “Partizan” - “Sabah” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.