İqtisadiyyat naziri Mikayıl Cabbarov: İdarəçiliyi peşə kimi qəbul etməliyik
Bakı, 15 iyul, AZƏRTAC
Müsabiqənin meyarları var. Auditoriyamızın müsabiqəyə inanması bu müsabiqənin gələcəyin istedadlı idarəçisini seçməsinin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində söyləyib. Nazir qeyd edib ki, ölkədə idarəçilərin seçiminə aid meyarlar aydındır: “Yüksəliş” müsabiqəsi uzun illər ərzində bu baxımdan rol oynayacaq, öz töhfəsini verəcək. Bu il müsabiqə Ulu Öndərin 100 illiyi kontekstində baş tutur.
Ötən ilin iştirakçılarından 60 faizi bu il də müsabiqədə iştirak edir və onlar arasından finala yüksələnlər var.
Bu müsabiqə peşəkar müsabiqədir. İdarəçiliyi peşə kimi qəbul etməliyik. İdarəçilikdə olan peşə riskləri şəxsi inkişaf, şəxsi balansın qorunmasıdır. Digərlərindən daha çox çalışıb, daha çox töhfə vermək liderliyin təməl faktorlarından biridir. Bütün iştirakçılara uğurlar arzulayıram. Ən layiqli namizəd qalib gəlsin”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:40]
Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
- 12.06.2026 [18:20]