İRAN: ALMANİYALI VƏ İRLANDİYALI VELOTURİSTLƏR AZAD EDİLDİLƏR
İran xarici siyasət idarəsinin başçısı demişdir ki, almanlar Devid Ştorm və Oliver Bruq, irlandiyalı Ceyms Lehi özlərini yaxşı hiss edirlər.
Xatırladaq ki, veloturistlər Kirman şəhərindən Zahidana gedərkən sonuncu şəhər yaxınlığında, Sistan və Bəlucistan ostanında quldur dəstə tərəfindən oğurlanmışdır. Cinayətkarlar onları buraxmaq üçün 5 milyon avro tələb edirdilər. Lakin İran hökuməti cinayətkarların irəli sürdükləri tələbi yerinə yetirməkdən qəti şəkildə imtina etmiş və bunu onunla əsaslandırırdı ki, ona razılaşsa, bu cür cinayət gələcəkdə bir daha təkrar edilə bilər.