İRAN PREZİDENTİ AMERİKALI HƏMKARINA XƏBƏRDARLIQ ETMİŞDİR
Əhmədinejad demişdir: “Gördüyünüz kimi, onun dəstəklənməsi reytinqi hər gün aşağı düşür”. O xatırlatmışdır ki, Buş dialoqa dəvət barədə İran rəhbərliyinin göndərdiyi məktuba cavab verməkdən imtina etmişdir.
İran prezidenti demişdir: “Xahiş edirəm, ona çatdırın ki, dəvəti qəbul etməkdən boyun qaçıranların aqibəti pis olur”.
Əhmədinejad vurğulamışdır ki, “onlar imperiya qurmaq istəyir və digər millətlərlə dinc yanaşı yaşamaq istəmirlər”. Onun fikrincə, Buş “inanır ki, o, nüvə döyüş başlıqları cəbbəxanasından güc alır”. İran rəhbəri hesab edir ki, “bomba zəmanəsi keçmişdə qalıb... İndi təfəkkür, dialoq və mədəni mübadilələr dövrüdür. Dövlət və hökumət başçıları vəzifəsindən gedəndə başucalığı ilə getməlidirlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]