İranda 101 yaşlı kişi koronavirusdan sağalıb
Tehran, 29 mart, AZƏRTAC
İranda koronavirusa yoluxan 101 yaşlı kişi xüsusi xəstəxanada müalicə alaraq sağalıb və evə buraxılıb.
AZƏRTAC xəbər verir ki, 20 gün əvvəl İranın Gülüstan vilayətində səhhətindən şikayət edən 101 yaşlı kişi xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda koronavirusun əlamətləri aşkar edilib və xüsusi xəstəxanaya göndərilib.
Bu gün isə tam sağaldıqdan sonra 101 yaşlı kişi evinə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]