İranda terror qruplaşmasının üzvləri həbs edilib
Tehran, 23 may, AZƏRTAC
İranın Qərbi Azərbaycan vilayətində 3 terrorçu qruplaşma zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı vilayətin kəşfiyyat idarəsindən bildiriblər. Qeyd olunub ki, terrorçu qruplar qanunsuz yollarla İrana daxil olub və müxtəlif yerlərdə aksiyalar törətməyi planlaşdırıblar. Terrorçuların İŞİD radikal dini qruplaşmanın mənsubları olduğu bildirilib.
Həbs olunanlar var. İstintaq aparılır və onların İrandakı əlaqələri müəyyən edilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]