CƏMİYYƏT
İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
![](/files/galleryphoto/2023/2/1200x630/16888133033379161907_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1688813303975825882_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində iyulun 7-də saat 22:40-da “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 4 kiloqram 372 qram narkotik vasitə “marixuana”, 78 qram “heroin” və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1920 ədəd “preqobalin - 150” həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.