Azərbaycan Dövlət İnformasiya Agentliyi

İranın anti-Azərbaycan mövqeyi İslam ənənələrinə ləkədir – Şərh

İranın anti-Azərbaycan mövqeyi İslam ənənələrinə ləkədir –  Şərh

Bakı, 10 aprel, AZƏRTAC

Hazırda dünya ictimaiyyəti də etiraf edir ki, Azərbaycan güclü dövlətdir və ölkənin idarəçiliyi, o cümlədən müdafiəsi etibarlı əllərdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət xalq tərəfindən yüksək səviyyədə dəstəklənir. Bu gün Azərbaycanda dövlət maraqları ətrafında sarsılmaz milli birlik mövcuddur. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan sərhədboyu ərazilərimizdə genişmiqyaslı təxribatlar törədən zaman da bu birliyin və həmrəyliyin şahidi olduq. O zaman yenilməz Ordumuzun işğalçı Ermənistan silahlı qüvvələrini diz çökdürməsi və tarixi Qələbə qazanması bir daha göstərdi ki, heç bir düşmən qüvvə ölkəmizin suverenliyini və təhlükəsizliyini təhdid edə, iradəmizi sarsıda bilməz. Bu şanlı Zəfərdən sonra Azərbaycanın dünya birliyindəki reytinqi daha da yüksəldi. Heç şübhəsiz, ölkəmizin inkişafını istəməyən qüvvələr bu uğurlarımızı həzm edə bilmirlər. Təəssüf ki, belələrindən biri də İran İslam Respublikasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, İran Ermənistanla Azərbaycan arasındakı müharibə zamanı özünü haqq-ədalətin, beynəlxalq hüququn tərəfdarı kimi yox, qatı anti-Azərbaycan kimi göstərdi. Bunu Ermənistanın dövlət rəsmləri və media vasitələri də etiraf edirlər. Qarabağ müharibəsi zamanı İranın erməni tərəfinə hərbi və kəşfiyyat dəstəyi göstərməsi artıq öz təsdiqini tapıb. Əslində, İslam dövləti olan İran Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi zaman məscidlərdə donuz və digər heyvanların saxlanılmasına ciddi etirazını bildirməli idi. Çünki ermənilərin bu həyasızlığı bütövlükdə müsəlmanlara, İslam dünyasına, dinimizə təhqir idi. Dünyanın əksər müsəlman dövlətləri Ermənistanın bu vəhşiliyinə kəskin etirazını bildirsə də, əksinə, İran İslam Respublikası Ermənistanla qardaşlıq münasibətləri qurdu və bununla da İslam ənənələrinə ləkə gətirdi, xəyanət etdi. Azərbaycanın dünya birliyindəki reytinqi yüksəldikcə bundan ən çox qısqanclıq keçirən İran oldu. Səbəbi nə idi? Fars-molla rejimi Azərbaycanın dünyada artan nüfuzunu həzm edə bilmirdi və ölkəmizə qarşı düşmənçiliyini açıq şəkildə büruzə verirdi. İranın ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil alması qonşuluq münasibətlərinə sarsıdıcı zərbə vurmaqla yanaşı, İslam dünyasının da nüfuzuna xələl gətirir.

Ə.Bədəlov bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu xatırladıb və bildirib ki, bu terror hadisəsi İranın Vyana Konvensiyasının müddəalarına əməl etməməsinin, beynəlxalq hüquq prinsiplərinə saymazlığın bariz nümunəsidir. Bu hadisə bir daha təsdiqlədi ki, İran öz ölkəsindəki diplomatik nümayəndəlikləri qorumaq iqtidarında deyil və bir çox hallarda diplomatik nümayəndəliklərə qarşı təxribatlar dövlət səviyyəsində təşkil olunur. Bundan sonra Paşinyanın həyat yoldaşı Anna Akopyanın başına hicab bağlayıb İrandakı məscidlərdə yerli dindar qadınlarla ibadət adı ilə bir sırada otuzdurmaq bu ölkə üçün xəcalətverici hadisədir. Görəsən, Ermənistanın müsəlman məscidlərində donuz saxlamasından sonra qatı antiislamçı olan Anna Akopyanın İran məscidlərində “ibadət etməsi”nə nə ad vermək olar? Bunların fərqi varmı? İran rəsmilərinin bu hərəkəti İslama xəyanət deyilmi?

Siyasi şərhçi bildirib ki, İranın Azərbaycanın İsrail Dövlətində səfirliyinin açılmasından ciddi narahatlıq keçirməsi və bunu parlament səviyyəsində müzakirə etməsi başa düşüləndir: “Yəni, artıq Azərbaycanın əlaqələrinin genişlənməsi, mövqeyinin getdikcə möhkəmlənməsi düşmən dövlətlərin narahatlığına səbəb olub. Deməli, Azərbaycan dünyada söz sahibinə çevrilir və güclü dövlət kimi diqqət mərkəzindədir. Bəs Azərbaycan torpaqları 30 il işğal altında saxlanılanda, tarixi mədəni abidələrimiz, müqəddəs ibadətgahlarımız, məscidlərimiz yerlə-yeksan ediləndə, təhqir olunanda İran niyə susmuşdu? Həmin vaxt xalqımızın əsrlər boyu yaratdığı sərvətlərini vəhşicəsinə talan etmiş Ermənistana bir dəfə də olsun etiraz etməyən, üstəlik, düşmənlərə müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsrail Dövlətində səfirliyinin açılmasından niyə narahat olur?

Siyasi şərhçi bildirib ki, Azərbaycan müstəqil dövlətdir və uzun illərdir ki, uğurlu xarici siyasət yeridir. Bu siyasət ölkəmizin dünya birliyindəki mövqeyini getdikcə möhkənləndirir. Azərbaycanın hansı ölkələrlə diplomatik münasibətlər qurması öz daxili işidir. Ölkəmizin suveren hüquqlarına qarışmağa heç kəsin ixtiyarı yoxdur. İranın Ermənistanla qardaşlıq münasibətləri qurmasının əsas səbəblərindən biri Azərbaycanın öz gücü ilə işğal altında olan torpaqlarını düşmən tapdağından azad etməsi, tarixi ədaləti bərpa etməsidir. “Bütün bunlardan sonra İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülmüş əsassız ittihamları qətiyyətlə rədd edirik. Bu, İranın özünü gülünc vəziyyətinə qoymasından və İslama qarşı ləkədən başqa bir şey deyil. Dövlətimizin başçısı ölkəmizə qarşı təxribat törədənlərə layiqli cavab verib: “Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir”. Bu fikirlər Azərbaycanın uğurlarını həzm edə bilməyənlərə açıq mesajdır”, - deyə Ə.Bədəlov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!