İranın yük gəmisi batıb, 2 matros həlak olub
Tehran, 5 iyun, AZƏRTAC
İraqa yük daşıyan İrana məxsus gəmi batıb. Nəticədə 2 iranlı matros həyatını itirib.
AZƏRTAC İranın Dənizçilik Təşkilatının yaydığı məlumata istinadla xəbər verir ki, Hürəmşəhər limanından çıxan yük gəmisi İraqın Üm-Kəsr limanının yaxınlığında batıb. Gəminin hansı səbəbdən batması haqqında hələlik məlumat verilmir. Lakin bildirilib ki, dənizə düşən 8 matrosdan 6-sı xilas edilib. Lakin 2 matrosun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə təcili olaraq mütəxəssislər göndərilib. Araşdırma aparılır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]