İrem Korkmaz: Mənzil siyasətində yerli əməkdaşlıq vacibdir
Bakı, 21 may, AZƏRTAC
Mənzil məsələsi ayrı-ayrı bələdiyyələr səviyyəsində deyil, planlaşdırma, torpaq, maliyyə, xidmət və sosial siyasəti bir araya gətirən inteqrə olunmuş metropoliten sistemlər vasitəsilə idarə olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Mərmərə Bələdiyyələr Birliyində (MBB) şəhər siyasəti üzrə baş mütəxəssis, memar İrem Korkmaz mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Mənzil təminatı şəhərləri bir araya gətirdikdə: Praktikada yerli əməkdaşlıq" adlı panel sessiyada deyib.
"Əsas maneə koordinasiyadır. Amma bu koordinasiya sadəcə bürokratik proses kimi deyil, bütün tərəflərin, məlumatların, resursların və icra mexanizmlərinin ümumi ictimai məqsədlər ətrafında uzlaşdırılması kimi başa düşülməlidir", - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [16:12]
Fərid Cəfərov: Mədəni irsin qorunması ümumbəşəri humanitar məsuliyyətdir
- 21.05.2026 [16:08]