“İrəvan” futbol klubunun üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 14 iyul, AZƏRTAC
“İrəvan” futbol klubunun rəhbərliyi və komanda üzvləri Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər təyin olunmasının ildönümü münasibətilə onun məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, ziyarətçilər Ulu Öndərin xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Komandanın üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüblər.
Daha sonra "İrəvan" futbol klubunun təmsilçiləri Şəhidlər xiyabanı ziyarət ediblər.