İRİA-nın yenilənmiş veb-saytı istifadəyə verilib
Bakı, 21 iyun, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) özünün yenilənmiş rəsmi veb-saytını istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, yeni platforma Agentliyin fəaliyyət istiqamətləri, təşəbbüsləri və strateji məqsədləri barədə daha dolğun və əlçatan informasiya təqdim etmək məqsədilə yaradılıb.
Yenilənmiş veb-sayt istifadəçi dostu interfeysi, müasir dizaynı və strukturlaşdırılmış məzmun təqdimatı ilə seçilir. Yeni sayt sadə və intuitiv interfeysi sayəsində istifadəçilərə məlumatlara asan və sürətli çıxış imkanı yaradır. Çoxdilli dəstək funksiyası saytı Azərbaycan və ingilis dillərində istifadə oluna bilən əlçatan platformaya çevirir. Gücləndirilmiş axtarış sistemi isə axtarılan məlumatın saniyələr içində tapılmasını təmin edir.
Sayt üzərindən vətəndaşlar Agentliyin rəqəmsal xidmətləri, innovasiya dəstəyi, texnoloji təşəbbüsləri, startap ekosisteminə yönəlik fəaliyyətləri və rəqəmsal savadlılığın artırılması sahəsində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat əldə edə bilərlər. Yenilənmiş platforma, həmçinin agentliyin fəaliyyətinə dair cari statistik məlumatların da təqdim olunduğu dinamik strukturla təchiz edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]