Azərbaycan Dövlət İnformasiya Agentliyi

İrina Tsukerman: Rusiya sülhməramlılarının çıxarılması Ermənistan üçün ən yaxşı ssenari ola bilər

İrina Tsukerman: Rusiya sülhməramlılarının çıxarılması Ermənistan üçün ən yaxşı ssenari ola bilər

Bakı, 17 iyul, AZƏRTAC

Beynəlxalq hüquq üzrə amerikalı ekspert, siyasi icmalçı İrina Tsukerman regionda olan vəziyyət və Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin perspektivləri haqqında fikirlərini AZƏRTAC ilə bölüşüb.

- Tərəflər arasında sülh sazişinin imzalanması yaxınlaşdıqca, Ermənistan tez-tez sərhəddə təxribatlar törədir, sanki sülhə məcbur edildiyi görüntüsü yaradır. Aİ-nin vasitəçiliyi ilə danışıqlar prosesinin perspektivləri necədir?

-Xaricdən təzyiq olmasa, bu cür insidentlərin təkrar edilməyəcəyinə heç kim təminat verə bilməz. Əlbəttə, məsələ bundadır ki, Avropa İttifaqı belə təxribatlara göz yummağa hazırdır. Onun müşahidəçi missiyası erməni tərəfinin maraqlarına tam cavab verir. Brüsselin sülh prosesində iştirakının davam etməsi Azərbaycan tərəfindən də bir sıra müşahidəçilərin daxil edilməsi barədə razılaşmanın olmasını və gələcəkdə sərhədlərin təhlükəsizliyinin pozulmasının qarşısını almaq üçün konkret şərtlərin yerinə yetirilməsini nəzərdə tutmalıdır. İrəvan iddia edir ki, baş verənlərə nəzarət etmir. Bütün hallarda bu cür şərait əbədi olaraq davam edə bilməz. Konkret nəticələr olmadan, danışıqlarda irəliləyişə nail olmaq mənasızdır və İrəvan ikitərəfli oyununu davam etdirə bilməz. O, bir tərəfdən həm qisasçılar üçün “sərt oyun” aparır, hücumlar təşkil edir, digər tərəfdən Aİ və ABŞ-ın təqdirini qazanmaq üçün irəliyə doğru addımlarla bağlı razılaşır. Əgər bu, tərəflərin hər birindən qoşunların yerləşdirilməsi üçün yeni logistik struktur deməkdirsə, qoy elə olsun. Brüsseldə başa düşürlər ki, danışıqların gedişində nəzərəçarpan ciddi irəliləyiş olmasından asılı olmayaraq, təhlükəsizlik qarantiyaları olmadan heç bir sənəd imzalanmayacaq. Lakin hələ ki, bütün əlamətlər bu məsələyə dair Brüsselin mövqeyində dəyişikliklərin olmadığını göstərir.

-Əvvəlki suala əlavə edirəm: Moskva açıq-aşkar Aİ və Qərbin təşəbbüslərinin əhəmiyyətini azaldır və hesab edir ki, bu, təkcə “yorğanı öz üzərinə çəkmək” deyil, həm də Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Görünən odur ki, regionda sülhün bərqərar olması birinci dərəcəli məsələ deyil...

-Məsələ təkcə Rusiyanın Cənubi Qafqazda öz təsirini qoruyub saxlamaq üzrə ciddi cəhdlərində deyil. Moskva, eyni zamanda, öz ərazilərində hərbi bazanın yerləşməsindən də çox şey istəyən, lakin əvəzində heç bir iqtisadi inkişaf vəd etməyən Ermənistana daha heç bir yeni təklif verə bilmir. Variantlar investisiyalar nöqteyi-nəzərindən böyük irəliləyişi təmin edə bilər. Amma Rusiyanı narahat edən odur ki, onun öz müttəfiqlərindən bəziləri, məsələn, İran Ermənistanla münasibətləri daha çox dərinləşdirməyə səy göstərir. Rusiya isə bu ərazini həmin ölkələrə güzəştə getməyə imkan verə bilməz. Belə bir versiya mövcuddur ki, Ermənistan Ukrayna müharibəsində istifadə etmək üçün pilotsuz uçuş aparatlarının daşınmasında aralıq bir halqadır, demək ki, Rusiya özünün qeyri-sabit hərbi səyləri üzündən bu xilasedici vasitəni itirə bilər. Kremlin başqa bir rəzil paradiqması da var, bu, Cənubi Qafqazda xaos vəziyyətini əbədi etmək cəhdidir və NATO ilə Avropanın müttəfiqlərini parçalamaq, digər tərəfdən diqqəti Ukraynadakı müharibədən yayındırmaq məqsədi güdür. Ona görə də Moskva illərdir davam edən gərginliyi və münaqişələri yenidən alovlandırmaq üçün ciddi səy göstərir ki, bu da Avropanın təkcə Cənubi Qafqazda deyil, həm də Balkan ölkələrində maraqlarına mənfi təsir edə bilər. Bu müdaxilənin uzunmüddətli həlli, əlbəttə, həmin fəal tədbirlərin qarşısında böyük birlik nümayiş etdirilməsini tələb edir. Əlbəttə, bu məsələdə maliyyələşdirmə kanallarının, kommunikasiyaların və təhlükəsizlik sahəsində Rusiyanın tədarük zəncirinin izlənilməsi də çox mühümdür. Lakin bu, Azərbaycan, Avropa və Birləşmiş Ştatlar tərəfindən razılaşdırılmış birgə təhqiqatların olmasını və bütün səviyyələrdə - Qarabağda qızıl qaçaqmalçılığından tutmuş erməni müxalifəti, hətta Paşinyan hökumətinin üzvləri ilə ikili sövdələşmələrə qədər ikiüzlülüyə və gizli əməllərə qarşı hazırlıq tələb edir. Rusiyanın fəal hərəkətləri təkcə trolların sosial şəbəkələrdə ucuz təbliğatı deyil, həm də mürəkkəb kəşfiyyat şəbəkələrini, qanuni və çətin izlənilə bilən əməliyyatları ehtiva edir. Zənnimcə, indi tamamilə aydındır ki, Rusiyanın Qarabağdakı qoşun kontingenti bir növ Moskvanın kəşfiyyat əməliyyatlarının bir alətidir. Ermənistan Qarabağda olan hərbi xuntanın bəzi şübhəli əməlləri ilə öz arasında məsafə saxlamaq üçün müəyyən addımlar atdı, lakin görünür ki, Moskva möcüzəli şəkildə və ona sərf edən şəraitdə Rusiya vətəndaşlığından imtina edən, habelə sanksiyalar altında olan oliqarx Vardanyan kimi kuklaların iplərini əlində saxlamaqda davam edir. Məlumdur ki, bütün bunlar “Vaqner”ə mənfəət gətirən və Ukraynadakı hərbi əməliyyatlara dəstək verən qaçaqmalçılıq əməliyyatlarının dəqiqliklə öyrənilməsinin qarşısını almaq üçündür.

-Azərbaycan gözləmək niyyətində olmadığını açıq şəkildə bəyan etdi. Qoşulmama Hərəkatının Bakıda keçirilən görüşündə Prezident İlham Əliyev Ermənistanı Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdən öz silahlı qüvvələrinin tör-töküntülərini çıxarmağa çağırdı. Bununla bağlı sual meydana çıxır: necə olur ki, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın yerinə yetirilməsinin qarantı qismində çıxış edən Rusiya artıq üç ildir ki, erməni silahlı qüvvələrinin tör-töküntülərinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda sülhməramlılarının cavabdeh olduqları zonadan çıxarılmasını təmin edə bilmir, bundan başqa, bəzən Ermənistandan həmin əraziyə silahların və digər hərbi yüklərin göndərilməsinə şərait yaradır? Ermənistan tərəfinin həmin yüklərin humanitar xarakterli olduğuna dair bəyanatlarına baxmayaraq, nümayiş etdirilən videomateriallar bunun əksini göstərir. Sizin bununla bağlı rəyinizi eşitmək istərdik...

-Rusiya sülhməramlı pərdəsi altında silah qaçaqmalçılığı və başqa fəaliyyətlərdə iştirakını danmaqla qeyri-səmimi davranır. Problem ondadır ki, həmin informasiya geniş dünya ictimaiyyətinə çatmır. Belə ki, NATO-nun bu yaxınlarda keçirilən “Dialog Stratcom” görüşündə Riqadakı Atlantika Şurasının DFRL laboratoriyası Azərbaycan ekofəallarının Laçın yolunu bağlaması ittihamları olan tamamilə sübutsuz ittihamlar təqdim etdi. Bu təqdimatda onun təşkilatçıları təbliğat kampaniyalarının strukturuna uyğun olan rəsmi, lakin məcburi olmayan platforma irəli sürdülər. Gözlənilirdi ki, auditoriya məruzəçilərin sözlərini lazımınca qiymətləndirəcək, çünki həmin laboratoriya yaxşı beynəlxalq nüfuza malikdir və böyük analitik mərkəzin üzvüdür. Amma həmin Atlantika Şurası artıq Mixail Fridman kimi Rusiya oliqarxlarının təmizə çıxarılmasında ittiham olunub. İnformasiya müharibəsinin tərkib hissəsi olan mürəkkəb kampaniyalar beynəlxalq ictimaiyyətin bilavasitə iştirakı ilə elan edilməli və təhqiq olunmalıdır. Rusiyanın qlobal miqyasda hərbi və iqtisadi təsiri çox olmaya bilər, lakin onun informasiya sahəsində həyata keçirdiyi əməliyyatlar hətta ən demokratik və liberal Qərb ölkələrində yumşaq güc təsisatlarının daxilinə nüfuz edə bilir. Belə ki, korrupsiya mənşəli pul axını bir çox təsisatları çox qəribə və reallıqla az əlaqəsi olan hekayələr uydurmağa məcbur edib. Bundan başqa, Rusiya müttəfiqlərlə bağlı fəaliyyətində çevikdir və qisasçılar, xarici lobbiçilər, o cümlədən ABŞ erməni lobbisi ilə və münaqişənin uzadılması tərəfdarı olanlarla əlaqələr formalaşdıra bilir. ABŞ, Fransa və digər ölkələrdə inanılmış nüfuzlu şəxslərdən istifadə edilməsi Rusiyaya yanlış informasiyaları özünün regional imkanları hüdudlarından kənarda da yaymağa imkan verir. Bu səbəbdən, Rusiyanın susqun razılığına, hətta Azərbaycan əleyhinə sxemlərə aidiyyəti olan qəribə hərəkətlərinə qarşı ictimaiyyət qarşısında çıxış etmək çox mühümdür. Həmçinin, həmin bəyanatları daha geniş məkanda yaymaq üçün istifadə edilən informasiya mexanizmlərini tanımaq və tədqiq etmək lazımdır.

-Ermənistanın baş naziri Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatı onun ölkəsində partlayan bomba effekti yaratdı. Onun ünvanına tənqid və narazılıq bəyanatları səsləndi. Lakin aydındır ki, Paşinyanı bu bəyanatı verməyə İkinci Qarabağ müharibəsindəki fəlakətli məğlubiyyət və iri dövlətlərin münaqişəyə cəlb olunması ilə bağlı nəticəsiz qalan cəhdlərin fonunda daha böyük uğursuzluqlar məcbur edib. Həmin dövlətlər açıq şəkildə bəyan edirdilər ki, Ermənistanın tərəfində döyüşmək niyyətləri yoxdur. İki ildən sonra Rusiya sülhməramlılarının mandatı başa çatır, yəqin ki, onun uzadılması baş verməyəcək. Sizcə hadisələr necə cərəyan edəcək? Rus ekspertləri qeyd edirlər ki, Rusiya sülhməramlı kontingentinin çıxarılması Ermənistan üçün acınacaqlı nəticələr doğuracaq, onlar erməniləri Qərbin dəstəyinə arxalanaraq illüziyalara aldanmamağa çağırırlar...

-Xüsusən, Rusiya sülhməramlıların çıxarılması Ermənistan üçün ən yaxşı ssenari ola bilər, çünki bu, erməniləri Rusiyanın məhvedici və məkrli təsirindən, habelə onların işlərinə müdaxilədən həmişəlik qurtaracaq. Tamamilə mümkündür ki, əgər Rusiyanin sülh prosesinə müdaxilədə gizli, amma hiss edilən rolu olmasa, Paşinyan hələ Qərblə daha çox əməkdaşlıq edə bilər. Həqiqətən, regionda təhlükəsizliyin başqa strukturunun müzakirəsi variantı əvəzinə bu sülhməramlıların iştirakının daha iki il müddətinə uzadılması Kremlə Ermənistanın daxilinə və yerli resurslarına daha çox nüfuz etmək imkanı verir ki, bu da böyük bir səhvdir. Bu, həm də o deməkdir ki, Rusiya sülhməramlıları tamamilə çıxarılmayana qədər, ən pis halda təhlükəsizliyin pozulması, sərhədyanı toqquşmalar və qurbanların sayının artması daha iki il də davam edə bilər ki, bu da sülh danışıqlarının başa çatmasını və sülh sazişinin imzalanmasını yubadacaq. Sülhməramlıları tamamilə çıxardıqdan sonra bir neçə mümkün ssenari var:

Birincisi, hələ də bütün bunların baş verməsinə qədər olan müddətdə sülh sazişinin imzalanması imkanı qalır. Yəqin ki, yeni təhlükəsizlik protokolları gələcək konfrontasiyaları istisna etmək üçün bəzi dəyişiklikləri ehtiva edəcək. Əgər həmin vaxtda Ermənistan və Azərbaycan praktik reallaşma yolunda olacaqsa, böyük sülhməramlı kontingentə ehtiyac xeyli azalacaq. Hətta belə olan təqdirdə hər iki tərəf neytral tərəfin iştirakına münasibətdə razılığa gələ bilər. Bu tərəflər Avropa və ya BMT-nin (daha az üstün tutulur) kiçik kontingenti də ola bilər. Əks halda, onlar daha çox müddətlə deyil, uğurlu inteqrasiya və sülhyaradıcı meyarlara əsaslanan, son nəticədə təhlükəsizliyin təmini zərurətini azaldan və ya tamamilə aradan qaldıran amillərə uyğun müxtəlif təhlükəsizlik mərhələləri olan başqa protokol hazırlaya bilərlər. İdeya ondan ibarətdir ki, ermənilər və azərbaycanlılar arasında hansısa məqamda müsbət təmasları və strateji əməkdaşlığı gücləndirmək, habelə bu istiqamətdə bir sıra praktik logistik addımları Rusiya ilə əlaqəli olmayan digər diplomatik kanallar vasitəsilə formallaşdırmaq mümkün olsun.

Əlbəttə, daha bir ssenari Rusiyanın müdaxiləsi və davam edən insidentlər nəticəsində sülh sazişinin yubadılması ilə bağlıdır. Belə olan halda, Bakı və İrəvan iki ildən sonra daha mürəkkəb siyasi situasiyaya ilə üzləşə bilər. Rusiyanın hərbi rolunun ikinci plana keçdiyi bir şəraitdə, onun proksi və tərəfdarları Qərbin ətrafında öz təsirini gücləndirməklə korrupsiya və KİV-lərin yumşaq güc institutlarının və bəzi siyasi partiyaların qütbləşməsi siyasətindən istifadə etməyə çalışırlar. Bu səbəbdən yaxşı olar ki, sazişin formal hissəsi mümkün qədər daha tez imzalansın və onun praktik reallaşması üzərində işlər məntiqli sürətlə davam etsin. Vaxt daha çox uzandıqca, Bakının “alternativ” Avropa, habelə digər partiya və təşkilatların Azərbaycanın nüfuzdan salınması məqsədi daşıyan təzyiqi ilə üzləşməsi ehtimalı artır.

-Sonuncu sualım. Paşinyan münaqişəni ərazi bütövlüyü məsələsindən hüquq müstəvisinə keçirməyə, hazırda Qarabağda yaşayan ermənilərin hüquqları məsələsindən faydalanmağa çalışır. Azərbaycan bəyan edir ki, onun vətəndaşı olan Qarabağ ermənilərinin heç bir xüsusi hüquqları yoxdur. Paşinyanın motivi aydındır. Bunu söyləməsə, Ermənistanda onu parçalayarlar. Hazırda bu ziddiyyətlərin həlli üçün hansısa Rusiya və Qərb ssenarilərindən danışılır. Bununla bağlı Sizin şərhinizi eşitmək istərdik.

-Həqiqətən, Azərbaycanda əhalinin hər hansı hissəsinə müəyyən hüquqlar vermək, bununla da onları vətəndaşların qalan hissəsindən fərqləndirmək problemli məsələdir. Lakin Qarabağ erməniləri məsələsi Bakının olduğu kimi, Paşinyanın da “ayağında bir tikandır”. Çünki Rusiya indi dünyanın bir çox ölkələrində olduğu kimi, Cənubi Qafqazda da özünün daimi separatist potensial iştirakını yaratmağa cəhd edir. Məqsəd Azərbaycan dövlətini zəiflətmək, əhali arasında nifaq toxumu səpmək, tam regional inteqrasiyanın qarşısı almaq, öz təsirini qoruyub saxlamaq və potensial toqquşmalar, terror aktları və pis beynəlxalq rezonans təmin etməkdən ibarətdir. Müəyyən güclərin beynəlxalq ictimai rəy ilə manipulyasiyasının qarşısını almaq üçün milli suverenlik və ərazi bütövlüyünün müdafiəsi üzrə beynəlxalq koalisiyalar yaradılmalıdır. Ukrayna, Moldova, Gürcüstan (gələcəkdə), İspaniya, Böyük Britaniya, Yəmən, Latın Amerikası və Afrikanın müxtəlif dövlətləri, Baltik ölkələri, Polşa və digərləri potensial yeni tərəfdaşların təkcə bir neçəsidir. Onlar da belə maneələrlə üzləşib və müxtəlif səviyyələrdə, ayrı-ayrı məqamlarda milli maraqların xarici müdaxilədən, milli və dini mənsubiyyətə görə təxribatların törədilməsindən müdafiəsi üzrə kompleks siyasəti dəstəkləyə bilərlər.

-Müsahibə üçün çox sağ olun.

Müsahibəni apardı Nadiya Qafarova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir