İrqçi şüarlar səsləndirən “Fiorentina” azarkeşi ağır cəzaya məruz qalacaq
Bakı, 7 oktyabr, AZƏRTAC
İtaliya A seriyasında “Napoli” ilə ev oyununda rəqibin müdafiəçisi Kalidu Kulibaliyə qarşı irqçi şüarlar səsləndirən “Fiorentina” azarkeşi ağır cəzaya məruz qalacaq.
AZƏRTAC xəbər verir ki, təhqiramiz ifadələrə yol verən florensiyalı azarkeşə ömürlük qadağa qoyulacaq. “Fiorentina” rəhbərliyi həmin şəxsin kimliyini hələ müəyyənləşdirməsə də, onun bir daha ev oyunlarında stadiona buraxılmayacağı barədə qərar qəbul edib. Yerli polis araşdırmalardan sonra hələlik bir şübhəlini yaxalayıb. Qeyri-etik sözləri onun işlətdiyi təsdiqləndikdən sonra həmin şəxsin kimliyi kluba bildiriləcək.
Qeyd edək ki, “Napoli” səfərdə “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]