“İslam ölkələrinin Azərbaycana investisiya yatırmaq potensialı böyükdür” - ICCIA-nın prezidenti
Bakı, 17 iyul, AZƏRTAC
İslam ölkələrinin Azərbaycanda investisiya layihələri həyata keçirmək potensialı böyükdür. Bunu çox istəyirik. Gələcəkdə bu istiqamətdə bir sıra investisiya layihələrinin reallaşmasını görəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) prezidenti Abdullah Saleh Kamel jurnalistlərə açıqlamasında deyib.
Təşkilat rəhbəri bildirib ki, Azərbaycanda mövcud imkanlar, əlverişli iqtisadi mühit investisiya layihələrinin həyata keçirilməsinə imkan verir: “Azərbaycan illər sonra torpaqlarını işğaldan azad etdi. Həmin ərazilərdə də investisiya potensialını görürük və gələcəkdə bu imkanların dəyərləndirilməsi mümkündür".