İsmayıllı rayonunda 30 min hektar sahədə payızlıq taxıl əkiləcək
İsmayıllı, 15 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunda payızlıq taxıl əkininə başlanılıb və qısa vaxta 650 hektar sahədə səpin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun bütün ərazilərində, xüsusilə dağlıq zona olan Xankəndi, Quşencə və digər bir sıra icra nümayəndəliklərində fermerlər və fiziki şəxslər səpinin aqrotexniki qaydada aparılması və vaxtında başa çatdırılması üçün ciddi səy göstərilər. Hələlik səpin üçün sahələrə hər gün 30-dan çox texnika çıxır.
Səpində yüksək reproduksiyalı və sertifikatlı toxumlardan istifadə edilir. Ötən il orta məhsuldarlıq 35,03 sentner olub. Həmin məhsuldarlığı qoruyub saxlamaq üçün səpiləcək toxum xəstəlik və zərərvericilərə qarşı dərmanlanır, səpin zamanı mineral gübrələrdən istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]