İsmayıllıda evi yanan ailəyə yardım edilib VİDEO
İsmayıllı, 27 mart, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti martın 23-də beş otaqlı evi yanan Elşən Hacıyevin ailəsinə yardım edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qızıl Aypara Cəmiyyəti ailəyə ərzaq məhsulları və ev əşyalarından ibarət yardım göstərib. Rayon icra hakimiyyəti isə ailənin məskunlaşdığı yaşayış evinin 2 aylıq kirayə haqqını öz üzərinə götürüb.
Ailənin başçısı E.Hacıyev göstərilən diqqət və qayğıya görə, cəmiyyətin və icra hakimiyyətinin rəhbərlərinə minnətdarlığını bildirib.
Qeyd edək ki, ailəyə dəyən ziyan sığorta şirkəti tərəfindən ödəniləcək.